Əsas Səhifə > Ölkə, Manşet > QƏRİB MƏMMƏDOV MÜAVİNİ İLƏ YOLLARINI AYIRIR

QƏRİB MƏMMƏDOV MÜAVİNİ İLƏ YOLLARINI AYIRIR


14-11-2013, 14:26
QƏRİB MƏMMƏDOV MÜAVİNİ İLƏ YOLLARINI AYIRIR
AZAD NAĞIYEV BAŞQA VƏZİFƏYƏ GEDİR

DİA.AZ: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun kadr islahatı aparacağı haqda bir neçə gün əvvəlindən məlumatlar yayılmışdı. Bu barədə DİA.AZ-a maraqlı bir informasiya daxil olub.

Məlumatlı mənbələrdən verilən xəbərə görə, Qərib Məmmədov hazırda komitədə müavin postunu tutan Azad Nağıyevin işdən çıxarılmasına tədarük görür. Mənbə iddia edir ki, gələn həftə Azad Nağıyevlə yanaşı, komitənin iki əsas şöbəsinin müdirləri də vəzifələrini itirəcək.

Qeyd edək ki, Azad Nağıyev 2003-cü ildən etibarən komitə sədrinin müavinidir. DİA.AZ-a verilən xəbərə görə, Azad Nağıyevin başqa bir vəzifəyə göndərilməsi ehtimalları da var. Bu barədə yaxın vaxtlarda əlavə bilgi veriləcək.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt