Əsas Səhifə > Dünya > PERUDA GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERİB

PERUDA GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERİB


30-01-2012, 11:09
PERUDA GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERİB

TƏLƏFAT BARƏDƏ HƏLƏLİK MƏLUMAT YOXDUR

Bazar ertəsi Peruda 6,3 bal gücündə zəlzələ baş verib. Bu barədə məlumat ABŞ Geoloji Xidmətin saytında yerləşdirilib.

SalamNews RİA “Novosti”yə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 00.11-də qeydə alınıb. Ocağı isə 39,2 km dərinliyində aşkar olunub.

Seysmologların verdiyi məlumata görə, zəlzələnin episentri cənub-şərqdə İka şəhərindən 15 km aralıda yerləşib. Təlafat və təfərrüatlar haqqında məlumat verilməyib.


Geri qayıt