Əsas Səhifə > Hadisə > BAKIDA LİFTDƏ TÜKÜRPƏDƏN FACİƏ

BAKIDA LİFTDƏ TÜKÜRPƏDƏN FACİƏ


14-11-2013, 11:41
BAKIDA LİFTDƏ TÜKÜRPƏDƏN FACİƏ
FaktXəbər-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, liftin kabinəsi texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmış və nəticədə 1954-cü il təvəllüdlü Səlimov Sərdar İsrafil oğlu 7-ci mərtəbədə şaxtaya açılan qapıdan liftə girmək istəyərkən 3-cü mərtəbədə olan lift kabinəsinin üstünə düşüb.Aldığı xəsarətlər nəticəsində S.Səlimov hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldırıb şaxtaya açılan qapıdan cəsədi çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.
Geri qayıt