Əsas Səhifə > Gündəm, Manşet > KEÇMİŞ BAŞ NAZİR RUSİYA BAZARINDA CİDDİ ZİYANA DÜŞÜB

KEÇMİŞ BAŞ NAZİR RUSİYA BAZARINDA CİDDİ ZİYANA DÜŞÜB


14-11-2013, 11:01
KEÇMİŞ BAŞ NAZİR RUSİYA BAZARINDA CİDDİ ZİYANA DÜŞÜB
SURƏT HÜSEYNOVUN MALİYYƏ BÖHRANI İÇİNDƏ YAŞADIĞI HAQDA FAKTLAR

DİA.AZ: - Bir zamanlar özünün hökmü ilə bir çoxlarının canına vicvicə salmış keçmiş baş nazir Surət Hüseynov hazırda nə köhnə atvoritetinə, nə də imkanlarına sahib deyil. Hətta son günlər onun ciddi maliyyə böhranı içində olduğu da söylənilir.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda belə bir informasiyalar yayılmışdı ki, keçmiş baş nazir həbsdən azad olunduqdan sonra bir zamanlar ona məxsus olan bütün iqtisadi rıçaqlarını geri ala bilib. Lakin bu gün DİA.AZ-a bu barədə açıqlama verən Surət Hüseynovun ən yaxın silahdaşlarından biri deyilənlərin həqiqətdən uzaq olduğunu bildirməklə yanaşı, hazırda sabiq baş nazirin ciddi maliyyə sıxıntıları içində olduğunu da söylədi.

Bu barədə mötəbər mənbənin söylədikləri: «Surət Hüseynov bəzi obyektlərini geri alsa da, onlar çoxdan satılıb və köhnə borcların əvəzinə verilib. Amma Surət Hüseynovun özünə çoxlu sayda borclu olan insan var. Və həmin pulların geri alınmasında problemlər yaşanılır».

Mənbə bildirdi ki, hətta Yevlax yun zavodunu da bu gün Surət Hüseynovun adına bağlamaq istəyirlər: «Amma bu belə deyil. Zavodu çoxdandır ki, yeni sahibləri işlədir. Doğrudur, buna görə Surət Hüseynov azadlığa çıxandan sonra ona 200 min dollar bir, 300 min dollar da bir verilib. Amma həmin pullar bir başqa yerlərə xərclənib».

Keçmiş baş nazirin yaxınının sözlərinə görə, hazırda Surət Hüseynov ciddi maliyyə sıxıntısı içindədir: «O, xeyli bədxərcliyə yol verdi. Bilirsiniz ki, onun xeyriyyəçiliyi də var. Çıxandan sonra əlinə keçən pullı ora-bura dağıtdı. Borc dediyin də dil olaraq verdiyi sözdən yaranmışdı. Yəni qarşılığı yox idi. Amma yenə də həmin pulları verdi. İndi özü qara qəpiyə möhtac qalıb».

Mənbə iddia edir ki, Surət Hüseynova Rusiyada son olaraq baş verən olaylar da maddi baxımdan cidi ziyan vurub: “Onun sözü ilə iş adamlarından birindən 1 milyon dollarlıq mal götürülsə də, sonradan həmin mal satılmadığından, buna imkan olmadığından Surət Hüseynov xeyir götürmək əvəzinə ziyana düşüb”.

Geri qayıt