Əsas Səhifə > Ölkə, Manşet > MƏŞHUR İŞ ADAMI ABBAS ABBASOVU VƏZİFƏDƏN ÇIXARDI

MƏŞHUR İŞ ADAMI ABBAS ABBASOVU VƏZİFƏDƏN ÇIXARDI


13-11-2013, 15:28
MƏŞHUR İŞ ADAMI ABBAS ABBASOVU VƏZİFƏDƏN ÇIXARDI
«AST» RƏHBƏRLİYİNDƏ DƏYİŞİKLİK

DİA.AZ: - Azərbaycan baş nazirinin keçmiş müavin, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ - «Milyarderlər ittifaqı») sədri, «Azerros»un ağsaqqallar şurasının sədri Abbas Abbasov şok zərbə ilə üz-üzə qalıb. Bu barədə məlumatı DİA.AZ-a Rusiyadakı soydaşlarımız verib.

Bildirək ki, Abbas Abbasov eyni zamanda , «AST» Şirkətlər Qrupunun vitse-prezidenti postunu da tuturdu. Yəni məşhur iş adamı Telman İsmayılovun şirkətində böyük mövqeyə malik idi. Və DİA.AZ-a verilən informasiyaya görə, artıq bir həftədir Telman İsmayılov Abbas Abbasovla yollarını ayırıb və onu şirkətdə tutduğu vəzifəsindən azad edib.

Məlumat üçün bildirək ki, Telman İsmayılovla Abbas Abbasovu birləşdirən yetərincə məqamlar var. Amma buna rəğmən Abbas Abbasov artıq «AST»-dən uzaqlaşdırılıb.

Telman İsmayılovun bu addımının arxasında Abbas Abbasovla rəsmi Bakı arasındakı məlum gərginliyin səbəb kimi çıxış edib-etməməsilə bağlı isə heç bir bilgi yoxdur.

MƏŞHUR İŞ ADAMI ABBAS ABBASOVU VƏZİFƏDƏN ÇIXARDI


Xatırladaq ki, bir neçə gün əvvəl Abbas Abbasovun hazırki Azərbaycan iqtidarına əks cinahda dayanan qüvvələrlə sıx təmasda olması ilə bağlı hökumətyönümlü mətbuatda da çox ciddi bilgilər səsləndirilib.

Geri qayıt