Əsas Səhifə > Gündəm, Manşet > İRANDAN AZƏRBAYCANA SƏRT İTTİHAM

İRANDAN AZƏRBAYCANA SƏRT İTTİHAM


30-01-2012, 10:22
İRANDAN AZƏRBAYCANA SƏRT İTTİHAM

“BU ADDIM ALLAHLA DÜŞMƏNÇİLİK VƏ QURANI AYAQ ALTDA QOYMAQDIR”

DİA.AZ: - Rəsmi Tehran Azərbaycan əleyhinə təbliğatını davam etdirməkdədir. Onu da bildirək ki, bəzi qaynaqlar İranın “Avroviziya-2012” yarışmasına ev sahibliyi etməyə hazırlaşan Azərbaycanda terror aksiyasına tədürk görməsi barədə məlumatlar da yayırlar. Bunlara qədər isə molla rejiminin təbliğat maşını işləməkdədir.

Onu da bildirək ki, artıq İran Azərbaycanda keçirilməsi lanlaşdırılan “Avroviziya” yarışmasını KAFİR ƏMƏLİ elan edərək, bu olayı İSLAMA, PEYĞƏMBƏRƏ QARŞI ÇIXMAQ kimi dəyərələndiri və Azərbaycana qarşı inanclı insanlarımızı bu yolla körükləməkdədir.

Fars-molla rejiminin xüsusi xidmət orqanlarının ən populyar portalı ola "Arannews" bu qəbildən olan ilk materialnı dərc edib. Qeyd edək ki, İran yenə də ənənəvi silahını işə salaraq Ərdəbilin imam cüməsi TÜRK DÜŞMƏNİ Seyid Həsən Amilinin dili ilə Azərbaycanı hədəfə alıb.

Həmin məlumatda deyilir: “Ərdəbilin imam cüməsi höccətül-islam vəl-müslimin Seyid Həsən Amili bu həftəki cümə namazının xütbələrində əxlaqsızlığın tərvici olan Eurovision müsabiqəsinin Azərbaycan Respublikasında keçirilməsinə və gələn aydan başlayaraq Avropalı homoseksualların Bakı küçələrində yarıçılpaq və qeyri-münasib paltarlarda geyparad keçirməsinə işarə edərək dedi: "İslam Peyğəmbəri (s) bu dəstəni lənətləmişdir. Bu dəstədən də pis onların çirkin və Lut qövmünün əməli olan işlərini həyata keçirməsi üçün vasitə və şərait yaradan kəsləri lənətləyibdir.

Azərbaycan hökumətinin bu addımı Allah və Peyğəmbərlə (s) düşmənçilik və Quranı ayaq altda qoymaqdır. Mən, bu addım münasibətilə Azərbaycan xalqına başsağlığı verirəm".

O, Azərbaycan Respublikası prezidentinin həyat yoldaşı Mehriban Əliyevanın amerikalı keşişin keçən il Quranı yandırmasını pisləməsinə işarə edib, bu hərəkətinə görə ona (Mehriban Əliyevaya) təşəkkürünü bildirərək dedi: "Deməli, hər bir müsəlmanın dünyanın harasında yaşamasından asılı olmayaraq anti-İslam hərəkətləri pisləməyə haqqı vardır və bu başqa ölkənin işlərində dəxalət etmək deyil. Ona görə də mənim də şiə ölkəsi olan Azərbaycanda Quran ayələrinin tapdalanmasına etirazımı bildirməyə haqqım vardır. Bu başqa ölkənin işlərinə dəxalət adlanmır. Biz bu ölkənin və onun müsəlman xalqının xeyrini istəyənlərik və xeyirxahlıq üzündən bu məsələləri deyirik.

Azərbaycan Respublikası bu müsabiqəni keçirməyə indiyə kimi milyardlarla dollar xərcləmiş və hələ də xərcləməkdədir. Bu müsabiqənin daha da yüksək səviyyədə keçirilməsi üçün ticarətçilərdən tutmuş məktəb şagrdlərinə qədər hamıdan yardım toplanır. Dövlət əgər bu xərci Qarabğın azadlığı yolunda xərcləsəydi məsələnin gedişində artıq çoxlu problemləri həll etmiş olardı, bəlkə də artıq bunu həll etmişdi".

Avropa bu mövzudan və Eurovision müsabiqəsinin Azərbaycanda keçirilməsindən bu ölkəni daha artıq təzyiq etmək üçün istifadə edir. Avropa müsabiqənin keçirilməsi üçün İtaliyanı alternativ məkan kimi seçmişdir ki, Azərbaycana daha artıq təzyiq etsin, cinsi azadlıq, edamın ləğvi, homoseksuallıq və s. Kimi istəklərinin yüksək səviyyədə və rahatlıqla həyata keçməsini bu ölkəyə yeridə bilsin. Azərbaycan hökuməti bu müsabiqənin Bakıda keçirilməsinin baş tutmamasından qorxaraq hər bir zillətə razı olur. Bu üzdən də görürsüz ki, Fransada erməni soyqırımını inkar edənlərin cəzalandırılması qanununun qəbul etməsi qarşısında susdu və bu barədə azacıq da olsa belə rəsmi reaksiya vermir.

Azərbaycan dövləti bu təzyiqlərlə qarşılaşıb, sıxıldıqda oyunu qatır. Ona görə də görürsünüz ki, İran İslam Respublikasını Bakıda işğalçı İsrail rejiminin səfərinə sui-qəsd və digər terror əməliyyatlarının hazırlanmasında ittiham edirlər”.

Hər halda bu kimi materiallar İranın Azərbaycanda növbəti təxribatlara hazırlıq görməsinin sübutu kimi də yozula bilər. Bu kimi materialların yayılmsaının adı – atılacaq addımdan öncə gərəkən ictimai rəyin yaradılma cəhdidir.


Geri qayıt