Əsas Səhifə > Cəmiyyət, Manşet > ELŞAD ABDULLAYEVƏ BAKIDAN DƏSTƏK VERƏN VAR

ELŞAD ABDULLAYEVƏ BAKIDAN DƏSTƏK VERƏN VAR


13-11-2013, 14:41
ELŞAD ABDULLAYEVƏ BAKIDAN DƏSTƏK VERƏN VAR
HƏMİN QÜVVƏLƏR BU GÜN ONU QORUYUR

DİA.AZ: - Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin adından bu günlərdə belə bir məlumat yayıldı ki, o, məhkəməyə ifadə verə bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl E.Abdullayevlə əlaqəsi olan Elnur Məcidli mətbuata açıqlamasında bildirdi ki, sabiq rektor ifadə verməyə hazırdı: “Elşad Abdullayevin indiki şəraitdə Azərbaycana gəlməsi inandırıcı deyil, lakin məhkəməyə ifadə verə bilər. Onun mətbuatdakı çıxışlarından məhkəmə faydalana bilər. Elşad Abdullayev öz ifadəsini verməyə qarşı deyil, Parisdə də bu baş tuta bilər”.

E.Məcidlinin sözlərinə görə, İstintaq Komissiyasının üzvləri Parisdə Elşad Abdullayevdən ifadə almaq istəyiblər: “Müstəqil İstintaq Komissiyasının bir neçə üzvü daha öncə Parisə gəlib Elşad Abdullayevdən ifadə almaq istədiklərini bildirdilər. O da buna etiraz etmədi. Lakin həmin şəxslər bura gəlmədilər”.

DİA.AZ-a bu barədə daxil olan informasiyalardan aydın olur ki, bu şəkildə açıqlamalar verən Elşad Abdullayevin görüntüdə olan «cəsarəti» elə Bakıdan qaynaqlanır. Mənbənin söylədikləri: «Diqqət yetirin, Elşad Abdullayev az qala dövlətə meydan oxuyur. Rəsmi Bakının Fransa ilə münasibətlərinin üst səviyyıədə olduğunu hər kəs bilir. Amma Azərbaycan XİN bir dəfə də olsun bu barədə Parisdən nəsə tələb etməyib. Deməli, Elşad Abdullayevin həbsi yox, onun adının qalmaqallı şəkildə çəkilməsi bu gün kimlərəsə sərf edir».

Mənbəmiz iddia edir ki, Elşad Abdullayevdən istifadə edən qüvvələr onu bu gün həm himayə edir, həm də qoruyurlar: «Həmin qüvvələr lazım bilsələr, Elşad Abdullayevi ələ verərlər. Amma bu gün ona ehtiyac görülmür. Çünki Elşad Abdullayevin missiyası başa çatmayıb».

Bildirək ki, keçmiş rektor Azərbaycan polisi tərəfindən beynəlxalq axtarışa verilib və ona qarşı orqan alverilə bağlı müəyyən ittihamlar irəli sürülüb.

Geri qayıt