Əsas Səhifə > Sosial, Manşet > SAATLIDA AQROKORRUPSİYANIN İNCƏLİKLƏRİ

SAATLIDA AQROKORRUPSİYANIN İNCƏLİKLƏRİ


30-01-2012, 10:14
SAATLIDA AQROKORRUPSİYANIN İNCƏLİKLƏRİ

RAYONDA MİLYON YARIMA YAXIN MƏNİMSƏMƏ FAKTI AŞKARLANIB

DİA.AZ: - Saatlıda qanunların işləmədiyi artıq hər kəsə bəllidir. Rüşvət və korrupsiyanın gündəlik yaşam tərzinə çevrildiyi bu rayonda, məmurlar nə istəyirlər onu da edirlər. Xüsusi ilə də, İcra başçısı Siracəddin Cabbarovun gəlişindən sonar, rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında vəziyyət daha da pisləşib. Günügündən işsizlik və yoxsuzluq baş alıb gedir. Rayondan edilən şikayətlərin heç birinə baxılmır. Hətta Prezidentin başlatdığı rüşvət və korrupsiyaya qarşı mübarizə tədbirlərinə belə məhəl qoyan yoxdur.

Fəaliyyətləri bütünlüklə çirkab içində olan sahələrə gəldikdə isə, bu sırada Şakir həsənovun qeyri-rəsmi olaraq rəhbərlik etdiyi Aqro-Lizinq ASC öncül yerlərdən birini tutur. Ş.Həsənov sözü gedən qurumda işini saxta sənədlər əsasında quraraq, ancaq özünün şəxsi büdcəsini doldurmaqla məşğuldur. Bununla bağlı təkcə bir nüansı xatırlatmaq yerinə düşər. Maliyə Nazirliyinin Dövlət Maliyə Nəzarəti Xidmətinin mütəxəsisləri tərəfindən 2007-2009-cu ilin aprel ayına kimi olan dövürdə Aqro- lizinq ASC-nin rayon filalının Maliyyə-təsərrüfat fəaliyyətini təftiş edərkən aşkar olunmuş ciddi nöqsanların nəticələri müvafiq qaydada tədbir görülməsi üçün 2009-cu il 10 iyul tarixli DX 03/ 04-03-197-9807 saylı məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Verilən məlumatlara görə təftiş komsiyasının apardığı yoxlamalar zamanı Ş. Həsənovun 1200000 (bir milyon iki yüz min manta) pulu mənimsədiyi üzə çıxıb. Maraqlı burasıdır ki. Ş. Həsənovun bu cinayət əməlinin üstü ört-basdır edildi və bu gün Ş. Həsənov yenədə əməllərini davam etdirir. İşçilərlə əmək müqaviləsi Ş. Həsənov üçün demək olar ki, tamamilə yaddır. Hər hansı işçi işə götrülərkən heç bir sənədləşmə aparılmır. Hər şey çöldən-çölə şifahi şəkildə düzülüb qpşulur. Texnikalar verilərkən əvəlcə yağlı vədlər verən Ş. Həsənov sonradan həmin texnikanı işlədən şəxslərə elə cəhənnəm əzabı yaşadır ki, zavallılar texnikaları götürdüklərinə də peşman olurlar. İşçilərei özünə lazım olan qədər istismar edib işlədilən hər bir texnikanın pulunu artıqlaması ilə aldıqdan sonar onları işdən qovur. Üstəlik bunun üçün şər böhtana əl atmaqdan belə çəkinmir. Araz və Kür çaylarının daşması kənd sakinlərinə ağrı-acı gətirdisə rayonun səlahiyyət sahiblərinin də pul qazanmaq üçün işlərinə yaradı. Demək olar ki, Ş. Həsənov da qonşudan geri qalma prinsipini əsas tutaraq su basmadan əməlli başlı yararlandı. Guya ki, 2000-ə yaxın mineral kübrə su altında qalıb halbu ki, Aqro-Lizinq ASC-nin anbarında bir damcı belə su olmadığı halda Ş. Həsənov göründüyü kimi saxtakarlığından hələ də əl çəkmir.

Geri qayıt