Əsas Səhifə > Hadisə, Güney Press > HƏRBİ NƏŞRİYYATIN RƏİSİ DANIŞDI

HƏRBİ NƏŞRİYYATIN RƏİSİ DANIŞDI


13-11-2013, 11:42
HƏRBİ NƏŞRİYYATIN RƏİSİ DANIŞDI
Azərbaycan Müdafiə Nazirliyində əsaslı dəyişikliklər baş verib. ANS PRESS-in nazirliyin “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, nazir general-polkovnik Zakir Həsənovun əmrilə Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Rəhim Cəfərov tutduğu vəzifədən azad edilərək sərəncama çıxarılıb.

Bundan başqa, müdafiə naziri Zakir Həsənovun əmrilə polkovnik Hikmət Xalıqov Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, polkovnik Hikmət Xalıqov uzun illər Respublika Hərbi Komissarının müavini vəzifəsində xidmət edib.

ANS PRESS olaraq məlumatları dəqiqləşdirmək istəsək də, qurumun mətbuat xidmətindan məsələyə aydınlıq gətirən olmadı.

“Facebook” səhifəsindəki məlumatlardan biri də Hərbi Nəşriyyatın rəisi Pənah Abdullayevin tutduğu vəzifədən azad edilməsilə bağlıdır. Lakin Pənah Abdullayevin özü bu məlumatı təkzib edib. Bu barədə APA-ya açıqlama verən polkovnik Pənah Abdullayev bu barədə mətbuatda yayılan məlumatların doğru olmadığını deyib: “Yalan məlumatlardır, inanmayın”.

Qeyd edək ki, bəzi KİV-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrlə Hərbi Nəşriyyatın rəisi polkovnik Pənah Abdullayev tutduğu vəzifədən azad edilməsi barədə məlumatlar yayılıb.

Onu da əlavə edək ki, P. Abdullayev uzun müddətdir hərbi sahədə çalışır. O, əvvəllər bir neçə rayonun hərbi komissarı olub.

Geri qayıt