Əsas Səhifə > Hadisə > ZİYA MƏMMƏDOVUN AVTOŞLARI YENƏ ÖLÜM SAÇDI

ZİYA MƏMMƏDOVUN AVTOŞLARI YENƏ ÖLÜM SAÇDI


13-11-2013, 10:11
ZİYA MƏMMƏDOVUN AVTOŞLARI YENƏ ÖLÜM SAÇDI
Noyabrın 13-nə keçən gecə Bakı şəhərinin Nəsimi rayonu ərazisində ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent. az-a verilən məlumata görə, 20 Yanvar küçəsi 3 ünvanının qarşısında 1983-cü il təvəllüdlü Məmmədov Habil Aydın oğlunun idarə etdiyi, "Eh-Trans" MMC-yə məxsus olan, "Daewoo" markalı, 10TG333 nömrə nişanlı sərnişin avtobusu ilə yolu keçən, Tovuz rayon sakini 1992-ci il təvəllüdlü Bayramov Elçin Zakir oğlunu vurub.
Nəticədə, E. Bayramov aldığı kəllə beyin və qarnın küt travması ilə xəstəxanaya yerləşdirilib və saat 01.45 radələrində vəfat edib.
Qeyd edək ki, 21 yaşlı oğlanı vurub öldürən avtobus 170 saylı xətt üzrə hərəkət edirmiş.

Geri qayıt