Əsas Səhifə > Ölkə > İSGƏNDƏR HƏMİDOV POLİSƏ SAHİB ÇIXDI
İSGƏNDƏR HƏMİDOV POLİSƏ SAHİB ÇIXDI27-01-2012, 17:22 |
KEÇMİŞ DİN ŞEFİ DYP İŞÇİLƏRİNİN RÜŞVƏT ALMASINDAN DANIŞDI Dünən “Azadlıq” radiosunda korupsiya məsələsi müzakirə olunub və dövlət yol polisinin əməkdaşlarının rüşvət alması dartışılıb. Verilişin qonaqları sırasında olan keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov çox maraqlı açıqlamalar verib. Sabiq nazir bildirib ki, Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində ən ağır şəraitdə işləyən yol polisi əməkdaşlarıdır, onların hansınınsa aldığı 5-3 manat da dövlətin korrupsiya yolu ilə oğurlanan milyonlarla pulunun yanında ciddi bir şey deyil: “Rüşvət var, cəmiyyət başdan ayağa rüşvətxor cəmiyyətdir. Cəmiyyət rüşvət yaradıb, cəmiyyət korrupsiya yaradıb, yol polisi də onun bir balaca qoludur. Amma bu rüşvətxorluğa qarşı gedən mübarizə tək repressiv qaydada olmamalıdır. Rüşvəti yaradan amilləri aradan götürmək lazımdır. Korrupsiya haqqında veriliş hazırlananda çox xahiş edirəm korrupsionerləri dəvət edin. Korrupsiya bilavasitə siyasi hakimiyyət elitasının aldığı pulla, böldüyü pulla əlaqədardır. O yol polisinin 20 manat, 30 manat, 15 manat almağı... elə ölkələr var ki, ona mükafat kimi baxırlar, elə ölkələr var ki, ona rüşvət kimi baxırlar”. Geri qayıt |