Əsas Səhifə > Şou-biznes > VASİF MƏHƏRRƏMLİYƏ TOVUZDA HÜCUM ETDİLƏR

VASİF MƏHƏRRƏMLİYƏ TOVUZDA HÜCUM ETDİLƏR


12-11-2013, 15:39
VASİF MƏHƏRRƏMLİYƏ TOVUZDA HÜCUM ETDİLƏR
Müğənni Vasif Məhərrəmli cangüdənlə gəzməsini qorxaqlıq adlandıranlara cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV Maqazin” verilişinə müsahibəsində deyib ki, cangüdən dava üçün yox, odun üstünə su tökmək üçün lazımdır:

"Hamı deyir Vasif iki cangüdənlə gəzir. Mən bəzi müğənnilərdən deyiləm ki, pis vəziyyətlərə düşəm və cangüdən məni xilas etsin. Bununla belə mühafizənin də lazım olduğu vaxtlar olur. Bir dəfə rayonda toyda idim. Aşıq mahnısı “Tovuz kimisən”i oxuyurdum. Bu an yekəpər biri üstümə hücum etdi ki, sən dedin “xoruz kimisən”. Mən cangüdənimi çağırdım və ona tapşırdım. O, həmin oğlanla söhbət etdi və yekunda bu hərəkəti edən məndən üzr istədi.
Musiqi ilə zarafat etmək olmaz. Mən heç vaxt səhnədə belə sözlər işlətmirəm”.

Geri qayıt