Əsas Səhifə > Cəmiyyət > SƏFƏR ƏBİYEVİN EVİ DƏ PLANA DÜŞDÜ

SƏFƏR ƏBİYEVİN EVİ DƏ PLANA DÜŞDÜ


12-11-2013, 15:28
SƏFƏR ƏBİYEVİN EVİ DƏ PLANA DÜŞDÜ
Bu gün səhər saatlarından etibarən şəhərin mərkəzində yerləşən tarixi binaya edilmiş 3 mərtəbəli artırmanın söküntüsünə başlanılıb. Söküntü işləri nəticəsində Zərifə Əiyeva küçəsinin bir hissəsi bağlanıb.

Facebook-da yayılan məlumata görə, tarixi binaya edilmiş artırma mənzil keçmiş müdafiə naziri Səfər Əbiyevə məxsus olub. Bina sakinlərinin dediyinə görə, tikinti işlərini ərazidə Müdafiə Nazirliyinin Tikinti İdarəsi aparırmış. Bu gündən etibarən isə onun söküntüsünə başlanılıb. Səbəb kimi isə həmin tikilinin qeyri-qanuni olduğu və tarixi binanın ümumi görünüşünə zərər verdiyi göstərilib./Faktxeber.com/

Geri qayıt