Əsas Səhifə > Siyasət, Manşet > BİNƏQƏDİNİN İCRA BAŞÇISININ MÜAVİNİ «QEYBƏ ÇƏKİLİB»

BİNƏQƏDİNİN İCRA BAŞÇISININ MÜAVİNİ «QEYBƏ ÇƏKİLİB»


12-11-2013, 15:24
BİNƏQƏDİNİN İCRA BAŞÇISININ MÜAVİNİ «QEYBƏ ÇƏKİLİB»
QƏZƏNFƏR NOVRUZOVUN İKİ MİLYON MANATLA BİRGƏ YOXA ÇIXDIĞI DEYİLİR

DİA.AZ: - Binəqədi rayon icra hakimiyyəti başçısının birinci müavini yoxa çıxıb. Bu ilginc məlumatı redaksiyamıza İH-dəki mötəbər mənbən ötürüb. Qaynaq iddia edir ki, artıq iki həftədən çoxdur ki, başçının birinci müavini Qəzənfər Novruzov vəzifə başında görünmür, işə gəlmir. Hətta icra başçısı Xaləddin İsgəndərovun israrlı cəhdləri, arama təşəbbüsləri belə nəticə vermir.

Məlumatı verən qaynaq bu arada DİA.AZ-a maraqlı bir faktı da açıqladı. Məlumatlardan aydın olur ki, Qəzənfər Novruzovun işə çıxmaması, bir növ «qaçması» ona qarşı ittihamlarla əlaqədardır. Xəbərə görə, Qəzənfər Novruzov rayon icra hakimiyyətinə dövlət büdcəsindən ayrılan 2 milyon manatlıq vəsaitin qeybə çəkilməsilə batğlı sorumlu hesab olunur.

Bildirək ki, artıq bu pul qalmaqalı səbəbindən İH-nin yaşıllaşdırma idarəsinin müdiri həbs olunub. Məlumatlardan aydın olur ki, aparılan araşdırmalar nəticəsində Binəqədinin abadlaşdırılması, yaşıllaşdırılması işlərindən sorumlu olan Qəzənfər Novruzovun məhz həmin müəmmalı 2 milyon məsələsində əsas ittiham obyekti olduğu müəyyənləşib.

Mənbə iddia edir ki, Qəzənfər Novruzov həbsdən qurtula bilməsi üçün, «yoxa çıxmağa» üstünlük verib.

Qeyd edək ki, Qəzənfər Novruzov təsadüfi adam deyil. Onun əmisi oğlu YAP-ın əsas simalarından biri kimi tanıdığımız deputat Siyavuş Novruzovdur. Onun bir qardaşı hazırda Bakı şəhər icra hakimiyyətinin yaşıllaşdırma departamentinin rəisi, digər qardaşı isə Nizami rayonunun «sobez»inin rəisi postlarını tutur.

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt