Əsas Səhifə > Hadisə > MİSİR MƏRDANOV HİCABA QADAĞANI QÜVVƏDƏ SAXLADI

MİSİR MƏRDANOV HİCABA QADAĞANI QÜVVƏDƏ SAXLADI


14-09-2011, 15:01
MİSİR MƏRDANOV HİCABA QADAĞANI QÜVVƏDƏ SAXLADI
“HİCABLI ŞAGİRDLƏR DƏRSƏ BURAXILMAYACAQ”

Yeni dərs ilindən təhsil müəssisələrinə hicabla gedən şagirdlər dərsə buraxılmayacaq. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, bu dərs ilindən etibarən vahid məktəbli geyimi bütün siniflər üzrə tətbiq olunacaq. İstisna hal kimi oktyabrın 1-dək məktəbli geyimini əldə etməyənlərə güzəşt ediləcək. Həmin gündən sonra isə güzəşt olmayacaq: “Hər kəs Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müəyyənləşdirilən vahid məktəbli geyimində tədris prosesinə qatılmalıdır. Bu geyimlərdən kənar tədris prosesinə qatılan şagirdlərə icazə verilməyəcək”.

Z. Əliqızı deyib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi üçün bu mövzu artıq qapanıb: “Bu mövzunun yenidən gündəmə gəlməsini arzulamırıq, çünki mövqeyimiz dəyişməyəcək. Vahid məktəbli geyiminin forması hər kəsə, bütün ictimaiyyətə bəllidir. Xahiş və tələbimiz ondan ibarətdir ki, bütün şagirdlər tədris prosesinə müəyyənləşdirilmiş məktəbli geyimində qatılsınlar”.

Geri qayıt