Əsas Səhifə > Şou-biznes > FLORA KƏRİMOVA ROKERLƏRƏ "MEYDAN OXUDU"

FLORA KƏRİMOVA ROKERLƏRƏ "MEYDAN OXUDU"


27-01-2012, 13:14
FLORA KƏRİMOVA ROKERLƏRƏ "MEYDAN OXUDU"

SƏNƏTÇİ TƏDBİRDƏ EYNƏYİNİ DƏ ÇIXARMIŞDI

Azərbaycanın xalq artisti Flora Kərimova qatıldığı tədbirdə bütün diqqəti üzərinə çəkməyə müvəffəq oldu.

Xalq artisti "rokersayağı" geyimi ilə bir çoxlarını təəccübləndirə bildi.

Milli.Az-ın məlumatına görə, klubların birində gənc şair Farizin ilk kitabının təqdimatına qatılan Flora xanım roker xanımlar kimi geyinmişdir.

Olduqca hündür və nazik dabanlı ayyaqabı geyinən xalq artisti qara rəngə üstünlük vermişdi. Mahnı ifa edən zaman maraqlı hərəkətləri ilə yadda qalan Flora xanım eynəyini də çıxarmışdı. Gözlərinə də qara boya çəkən xalq artisti olduqca fərqli görünürdü.


Geri qayıt