Əsas Səhifə > Sosial, Manşet > İRAN İSLAMA XƏYANƏT EDƏN ÖLKƏDİR!

İRAN İSLAMA XƏYANƏT EDƏN ÖLKƏDİR!


27-01-2012, 12:58
İRAN İSLAMA XƏYANƏT EDƏN ÖLKƏDİR!

ƏGƏR BELƏ DEYİLSƏ, NƏDƏN QARABAĞDA ŞİƏ TÜRKLƏRİ ŞƏHİD EDƏN ERMƏNİLƏRƏ QUCAQ AÇIRLAR?

DİA.AZ: - Məlum olduğu kimi, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu çərçivəsində İsrailin prezidenti Şimon Preslə görüşüb. Bu barədə rəsmən yayılan məlumatlardan aydın olur ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub və eləcə də görüşdə israilli dövlət başçısı İlham Əliyevə təşəkkürlərini də ifadə edib. Təşəkkürə səbəb isə bir neçə gün əvvəl azərbaycanın xüsusi xidmət orqanlarının yəhudilərə qarşı terror aktı hazırlayan İran agenturasının əlaltılarını ifşa etməsi göstərilir.

Amma bu olay İranda heç də rahatlıqla qarşılanmayıb. «İlham Əliyev Şimon Preslə görüşmək həvəsi» başlıqlı məqalə ilə çıxış edən fars-molla rejiminin mətbuatı yenə də Azərbaycan dövlətinin, Azərbaycan xalqının və həmçinin, ölkə başçısı İlham Əliyevin ünvanına sərt ifadələr işlədib.

Əslində, bu gözlənilən idi də. Hər halda, molla agenturasının Bakıda ifşasının İran tərəfindən rəsmən danılmasına rəğmən, bəzi molla KİV-ində Azərbaycanın ünvanına təhqirlərin davam etdirilməsi də əsas yaradırdı ki, İsraillə konfliktdə olan rəsmi Tehran İlham Əliyevlə Şimon Presin görüşünə sərt reaksiya versin.

Amma burada bir məqam var ki, bu dəfə molla təbliğatçıları İlham Əliyevin üzərinə daha çox yeriyərək, onu az qala islam dünyasının düşməni kimi təqdim edirlər. Və islam aləmini Azərbaycanın əleyhinə çevirməyə çalışırlar.

Belə yerdə deyirlər, öz gözündə tiri görmür, başqalarının gözündə çöp axtarır…

Biz «Dünya» İnformasiya Agentliyi (dia.az) olaraq dəfələrlə bəyan etmişik ki, İran dövləti əslində islam dininə daha çox xəyanət edən bir quruluşdur. Və bu ölkədəki fars şovinistləri islam dinini öz milli maraqları naminə istismar etməkdədirlər. Əgər belə olmasaydı, İrandakı fars hakimiyyəti islam dininin ən gözəl ifadələrindən olan «mən sizi qövümlərə böldüm ki, bir-birinizdən fərqlənəsiniz» ideyasına xəyanət edərək, öz milli haqları uğrunda mübarizə aparan Güney Azərbaycan türklərinə qarşı amansız rəftarda bulunmazdılar. Əgər belə olmasaydı, zünü şiə ölkəsi adlandıran İrandakı molla rejimi Qarabağı işğal edən və işğal boyunca minlərlə şiə türkün qanını vəhşiliklə axıdan Ermənistana qucaq açıb, bu ölkəni şiə Azərbaycanının üzərinə qısqırtmazdı.

Kimsə Qarabağda Azərbaycan körpələrinin üzərindən keçən erməni tanklarının İrandan ötürülən yanacaqla işlədiyini unutmayıb. Heç bir neçə gün əvvəl İran prezidentinin Ermənistanda Azərbaycan əleyhinə bağladığı müqavilələrin də mürəkkəbi qurumayıb.

Belə olan təqdirdə, İrana hansı haqla islam ölkəsi demək olar? Hər halda, bu gün İran agenturasının şirnikləndirici təkliflərinə uyan bəzi vətəndaşlarımız da məhz bu məqamı xüsusi olaraq düşünməlidirlər.


Geri qayıt