Əsas Səhifə > Şou-biznes > SAMRİNA YENİ MAŞIN ALIB

SAMRİNA YENİ MAŞIN ALIB


29-09-2011, 12:24
SAMRİNA YENİ MAŞIN ALIB

GƏNC MÜĞƏNNİDƏ BU QƏDƏR PUL HARDANDIR?

DİA.AZ: - Gənc mücənni Samrinadan yeni xəbər var. Əslində bu xəbərin köhnə olduğu da bildirilir. Amma yeni olan məqamları da var.

«Dünya» İnformasiya Agentliyinə (dia.az) məlumat verən müğənninin tanışları bildirirlər ki, bir müddət əvvəl ağı yol qəzası keçirən və nəticədə idarə etdiyi «Porşe» markalı avtomobil ələgəlməz hala düşən müğənni Samrina özünə yeni maşın alıb.

Bildirilir ki, bu dəfə daha da bahalı maşın alan müğənni şou-biznes aləmi ilə ayaq uydurmağa çalışır. Belə ki, onun yeni avtomobili «Ranc-Rover» markalıdır.

Hər halda, sənətə yeni gələn müğənninin bu qədər imkanının haradan olması hər kəs üçün maraqlıdır. Yəni ələgəlməz hala düşən «Porşe» də, yeni maşını da kifayət qədər bahalıdır.

Nə isə. Biz, bu şou-biznesin sirrlərindən anlamarıq…


Geri qayıt