Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AĞDAMIN BİZDƏ OLAN HİSSƏSİNDƏ YEZİD ZÜLMÜ

AĞDAMIN BİZDƏ OLAN HİSSƏSİNDƏ YEZİD ZÜLMÜ


8-11-2013, 12:16
AĞDAMIN BİZDƏ OLAN HİSSƏSİNDƏ YEZİD ZÜLMÜ
Ağdam rayonunda ciddi su problemi yaranıb. Ağdamın işğal olunmamış Quzanlı, birinci Baharlı, Həsənxanlı, Xındırıstan, Qasımbəyli, Mirəşəlli, İmamqulubəyli, Üçoğlan qəsəbə və kəndlərinin içməli su ilə təchizatında doğurdan acınacaqlı vəziyyət yaranıb. Ağdam rayon Su Kanal İdarəsi ilə bağlı PİA.Za daxil olan şikayət məktubunda bildirilir ki, Su Kanal İdarəsinin müdiri Şahmar Rzayev işi Ağdam rayonunun kəndlərini içməli su ilə təmin etmək olsa da, idarə müdirini kəndlərin içməli su ilə təchizatı qətiyyən maraqlandırmır. Şikayətçilər sözlərinə görə, Şahmar Rzayev Ağdam rayon Su Kanal İdarəsnii atadan qalma şəxsi obyekti kimi idarə edir və suyu maşınlarla əhaliyə satır. Əhalinin isə baha qiymətə su almaq imkanları məhdududr.

Şikayətçilər bildirirlər ki, hələ sovet dönəmində Ağdamın qəsəbə və kəndlərinin əhalisini içməli su ilə təmin olunması üçün yeraltı artezan quyuları vurulub. Bu quyuların təmiri üçün hər il dövlət büdcəsindən və «Azərsu» ASC-dən külli miqdarda vəsait ayrılmasına baxmayaraq Şahmar Rzayev sovet dönəmindən qalan artezian quyularını sadəcə boyalatdırmaqla kifayətlənir.

Şikayət məktubundan sakinlər bildirir ki, Şahmar Rzayev hər il «Azərsu» ASC-dən ayrılan artezian avadanlıqlarını, su nasoslarını, turbalarını və s. avadanlıqları Bərdə bazarında satdırır. Həmçinin şikayət məktubunda qeyd olunur ki, onlarda olan qeyri-rəsmi məlumata görə il ərzində Su Kanal idarəsinə dövlət büdcəsindən 250-300 min manat vəsait ayrılirmasına baxmayaraq yuxarıda adını çəkdiyimiz qəsəbələrin sakinləri susuluqdan əziyyət çəkirlər. Şahmar Rzayev artezian quyularının təmiri üçün ayrılan dövlət vəsaitini hara sərf etdiyi bəlli olmasa da, artezian quyuları xarab olduğu zaman qəsəbə və kənd sakinləri pul yığaraq öz şəxsi hesablarına artezian quyularını təmir etdirirlər. Lakin bu da onların suya olan ehtiyaclarını ödəmir. Çünki əsaslı təmirə ehtiyacı olan artezian quyuları tez bir zamanda sıradan çıxır.

Şikayətçilər bildirirlər ki, artıq neçə illərdir içməli suyu maşınla alırlar. Hər maşın üçün 20-30 manat pul xərclədiklərini bildirən rayon camaatı maşınla aldıqları həmin suları da məhz Su-Kanal İdarələrinin müdirlərindən alırlar. Yəni maşınlarla satışa çıxarılan su Şahmar Rzayevin nəzarətində olan su ambarlarından götürülür və Şahmar Rzayev hər il bundan külli miqdarda qazanır.

Şikayətçilərin yazdığına görə, onlar Su-Kanal İdarəsinin rəisinə yaranmış problemlə bağlı müraciət etsələr də, əhəmiyyət verilməyib. Daha doğrusu, Şahmar Rzayev bildirib ki, «Azərsu» rəhbərliyinin aylıq haqqını çatdırmaq üçün içməli suyu əhaliyə müxtəlif variantlarla satmaq məcburiyyətindədir. İcra hakimiyyəti də sakinlərin su probleminə susqunluqla və layqeydliklə yanaşıblar. Elə bu üzdən Ağdamın qəsəbə və kənd sakinləri etiraz aksiyası keçirməyi planlaşdırırlar ki, ölkə rəhbərliynə problemlərini çatdıra bilsinlər.

PİA.AZ-a Ağdam rayonundan daxil olan başqa bir informasiyaya görə isə, Ağdam rayon Su Kanal İdarəsinin rəisi Şahmar Rzayevin diplomu saxtadır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt