Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOV ÜÇÜN CİDDİ BAŞAĞRISI YARANIR

İSMƏT ABBASOV ÜÇÜN CİDDİ BAŞAĞRISI YARANIR


8-11-2013, 11:23
İSMƏT ABBASOV ÜÇÜN CİDDİ BAŞAĞRISI YARANIR
HEYDƏR ƏSƏDOV YENİ POSTUNDA ARAŞDIRMA APARIB: BORC AŞKARLANIB

DİA.AZ: - Kənd təsərrüfatı naziri postunu İsmət Abbasovdan alan Heydər Əsədov bu gün çox ciddi problemlərlə üz-üzə qalıb. Bu barədə DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki etibarlı mənbənin bildirdiyinə görə, yeni nazir KTN-nin ayağında külli miqdarda sənədlərlə hesabatı verilməmiş pul kütləsinin - borcun olduğunu müəyyənləşdirib.

Məlumatı verən mənbə iddia edir ki, təxminən 300 milyon manata yaxın vəsaitlə bağlı ciddi müəmmalar var və əgər dövlətin müvafiq qurumları bu məsələnin üzərinə gələrlərsə, KTN-nin bir çox kadrlarının, həmçinin keçmiş nazir, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovun məsuliyyətə cəlb olunması şərtə çevrilə bilər.

Bildirək ki, hələ də həm də Hesablama Palatasının sədri postunda adı keçən Heydər Əsədov keçmiş iş yerinin mütəxəssislərinin iştirakı ilə qısa müddət araşdırma apardıqdan sonra bu nəticəyə gəlib: «Hər halda, Heydər Əsədov bu sahədə mütəxəssis hesab oluna bilər. Və onun ortaya qoyacağı faktlara kiminsə şübhə etməsi imkansızdır. Bu da o deməkdir ki, İsmət Abbasovun ciddidən başı ağrıya bilər».

Məlumat üçün bildirək ki, yaranmış borcun illər ərzində yığıldığı bildirilir və eyni zamanda saxta hesabatlarla məlum pul kütləsi sənədləşdirilib. Amma nədənsə bu çağacan sözügedən faktın üzərinə gedilməyib.

Geri qayıt