Əsas Səhifə > Hadisə > ŞOK: AZƏRBAYCANDA TANK MAŞINI ƏZDİ

ŞOK: AZƏRBAYCANDA TANK MAŞINI ƏZDİ


8-11-2013, 11:07
ŞOK: AZƏRBAYCANDA TANK MAŞINI ƏZDİ
Beyləqan rayonunda qeyri-adi yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Minabad kəndi yaxınlığında N saylı hərbi hissəyə məxsus tırtıllı zirehli nəqliyyat vasitəsi – tank idarəetmədən çıxıb və yol kənarındakı “Mercedes” və “VAZ” markalı avtomobillərə çırpılıb. Daha sonra sərnişin dayanacağına çırpılan tank kanala aşıb.

Hadisə yerinə polis əməkdaşları və hərbçilər yığışıb. Çəkiliş aparılmasına icazə verilməyib.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı və fotoları jam.az saytı yayıb.

Geri qayıt