Əsas Səhifə > Hadisə > “KLİPİ” YAYILAN DYP İŞÇİLƏRİ HƏBS OLUNMAYIB

“KLİPİ” YAYILAN DYP İŞÇİLƏRİ HƏBS OLUNMAYIB


27-01-2012, 12:25
“KLİPİ” YAYILAN DYP İŞÇİLƏRİ HƏBS OLUNMAYIB

AMMA ONLARA QARŞI CİNAYƏT İŞİ AÇILIB

İnternetdə qayda pozan sürücülərdən rüşvət alan yol polisi əməkdaşları barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma (passiv rüşvətxorluq) maddəsi ilə cinayət işi açılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirilən tədbirdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib.

Əliyev deyib ki, hazırda cinayət işi ilə bağlı istintaq aparılır.

Qeyd edək ki, Azərbaycanda rüşvət alan həmin yol polisləri daxili işlər orqanlarından xaric edilib.


Geri qayıt