Əsas Səhifə > Siyasət, Manşet > QƏRİB MƏMMƏDOV HƏBS EDİLƏ BİLƏR

QƏRİB MƏMMƏDOV HƏBS EDİLƏ BİLƏR


27-01-2012, 12:22
QƏRİB MƏMMƏDOV HƏBS EDİLƏ BİLƏR

KƏRƏM HƏSƏNOV RƏQİBİNƏ QARŞI MƏXFİ ƏMƏLİYYAT TƏŞKİL ETDİRİB

DİA.AZ: - Oliqarx məmurların böyük pullar uğrunda mübarizədə bir-birilərinə qarşı az qala amansız mübarizə sərgiləmələrinə dəfələrlə şahidlik etmişk. Doğrudur, üzdə bir-birilərinə «can deyib, can eşitdiklərini» iddia edən və aralarındakı konflikti gizlətmə çalışan məmurlarımız daha çox gizli şəkildə ədavətlərini sürdürürlər. Amma buna rəğmən açıqda da kifayət qədər ciddi toqquşmaar müşahidə olunur.

Məsələn, bir zamanlar Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən, hazırda ölkəmizi Özbəkistanda səfir kimi təmsil edən Namiq Abbasov birbaşa olaraq hazırki fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olan «Caspian Fish»lə bağlı bir əməliyya keçirmiş və qaçaq kürü idxalı ilə bağlı hətta MTN-nin rəsmi açıqlamasını da yaymışdı.

Lakin qısa müddət içində MTN öz rəsmi mövqeyini geri oxumalı oldu. Doğrudur, həmin ərəfədə Namiq Abbasov görəvindən alınmadı, Kəmaləddin Heydərovun qələbəsi fonunda o, bir neçə ili də nazir kimi yola verdi.

İndi də anoloji məmur konfliktləri sürdürülməkdədir. Məsələn, bu günlərdə iki komitə sədrinin bir-birilərinə qarşı amansız rəqabətdə olması barədə xəbər vermişik. Söhbət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun arasında hökm sürən nifaqdan gedir.

Bu barədə yayılan xəbərlərdə bildirilir ki, komitə sədrlərinin ədavəti hətta o qədər şişib ki, nəinki bu qarşıdurma ilə bağlı dövrü mətbuatda materiallar yer alır, hətta hakimiyyət dəhlizlərində də bu münaqişə ciddi şəkildə müzakirə olunmaqdadır. Redaksiyamıın əldə etdiyi bilgilər də təsdiqləyir ki, zamanında Fərhad Əliyevin kadrı kimi tanınmasına rəğmən, keçmiş iqtisadi inkişaf nazirinin qollarının qandallanması prosesində az qala bir iştirakçı kimi çıxış edən Kərəm Həsənov hakim düşərgədəki hazırki «üstünlüklərindən» yararlanaraq Qərib Məmmədovu da həbs etdirməyə çalışır.

Mötəbər mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına söylədikləri: «Kərəm Həsənov hətta hüquq-mühafizə orqanlarındakı yaxın dostlarından birinin yardımı ilə Qərib Məmmədovun işçilərindən bəzilərinə qarşı əməliyyat da hazırlatdırıb. Həmin əməliyyat nəticəsində DTXK-nin iki məmurunun külli miqdarda rüşvət alması təsbit olunub və bu faktlar artıq müvafiq dövlət qurumlarına təhvil verilib».

Mənbəmizə görə, bu faktlar hesabına Kərəm Həsənov Qərib Məmmədovun özünü hədəfə çevirməyə çalışır. Yəni əslində, Qərib Məmmədov bu əməliyyat nəticəsində həbs olunmalı idi. Lakin hələlik bu yöndə «yuxarıların» razılığının olmamsı Kərəm Həsənovun bir qədər gözləməsinə nədən olub.

Onu da bildirək ki, iki komitə sədrinin bir-birinə qarşı bu qədər amansız olmasının sirri barədə də redakiyamıza ilginc faktlar ötürülüb. Hələlik əlimizdə olan sənədləri araşdırırıq və yaxın günlərdə bu barədə dolğun məlumatları diqqətinizə çatdıracağıq. Bizi izləyin…


Geri qayıt