Əsas Səhifə > Partiya > "İSA QƏMBƏRƏ DƏSTƏK VERMƏYİM SƏHV ADDIM OLDU"

"İSA QƏMBƏRƏ DƏSTƏK VERMƏYİM SƏHV ADDIM OLDU"


7-11-2013, 11:51
"İSA QƏMBƏRƏ DƏSTƏK VERMƏYİM SƏHV ADDIM OLDU"
BUNU BİLMƏSİ ÜÇÜN 10 İL LAZIM OLDU

“2003-cü ildə İsa Qəmbərə dəstək verməyim səhv addım oldu”.

Lent.az-ın məlumatına görə, bu sözləri sabiq spiker, Milli Şuranın üzvü Rəsul Quliyev facebook-dakı səhifəsində yazıb. O, 2003-cü ilin prezident seçkilərində Müsavat başqanı İsa Qəmbəri dəstəkləmək qərarını belə dəyərləndirib.

R.Quliyev bildirib ki, əslində, o, həmin dövrdə başqa qərar qəbul edibmiş: “Mən həmin zaman başqa qərar qəbul etmişdim. Namizədlərin hər ikisini – həm İsa Qəmbəri, həm də Etibar Məmmədovu dəstəkləmək barədə bəyanatla çıxış etmək istəyirdim. Ancaq verilən düzgün olmayan informasiyalar səhv qərar qəbul etməyə gətirib çıxardı”.

Sabiq spikerin deyib ki, o, bu məsələyə görə artıq bir neçə dəfə öz günahını boynuna alıb.

Xatırladaq ki, 2003-cü ilin prezident seçkilərində R.Quliyev seçkilərə az qalmış Müsavat başqanı İsa Qəmbəri dəstəklədiyini açıqlamışdı.

Geri qayıt