Əsas Səhifə > Cəmiyyət, Manşet > “TEXNİKABANK” RƏHBƏRLİYİ HƏDƏFƏ ALINDI

“TEXNİKABANK” RƏHBƏRLİYİ HƏDƏFƏ ALINDI


26-01-2012, 18:29
“TEXNİKABANK” RƏHBƏRLİYİ HƏDƏFƏ ALINDI

HİMAYƏDARLARI ETİBAR ƏLİYEVİ MEYDANDA TƏK BURAXIBLAR

DİA.AZ: - Əldə etdiyimiz məlumata görə, "korrupsiya dalğası" bir sıra bankları da vuracaq. Qeyd edək ki, bu istiqamətdə adı ilk sırada hallanan hələ ki "Texnikabank"dır.

Bu bankın bəzi rəsmiləri və filialları ilə bağlı dəfələrlə xoşagəlməz olaylar yaşansa və həbslər olsa da, sonda bank fəaliyyətini davam etdirə bilib. Amma bu dəfə vəziyyət fərqlidir.

Mənbənin “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) dediyinə görə, dünənə qədər bir sıra fiqurlar tərəfindən himayə olunan bank rəhbəri Etibar Əliyev indi meydanda tək qalıb. Bu da söylənilir ki, himayədarı olan şəxsin sıradan çıxmasından sonra bankla bağlı zaman-zaman yaşanan qalmaqallar və cinayət işləri yenidən gündəmə gətiriləcək. Hətta yaxın günlərdə bu məqamlarla bağlı istintaq işinə start veriləcəyinin istisna olunmadığı da gələn məlumatlar sırasındadır.


Geri qayıt