Əsas Səhifə > Gündəm, Manşet > AVP-DƏN QOVULAN ZAHİD ORUC YAP-A GƏTİRİLİR

AVP-DƏN QOVULAN ZAHİD ORUC YAP-A GƏTİRİLİR


7-11-2013, 11:29
AVP-DƏN QOVULAN ZAHİD ORUC YAP-A GƏTİRİLİR
KEÇMİŞ PREZİDENTLİYƏ NAMİZƏDƏ ƏLİ ƏHMƏDOVUN VƏZİFƏSİ VERİLƏCƏK

DİA.AZ: - Son prezident seçkiləri zamanı namizədliyini irəli sürən Zahid Oruc bu qərarı ilə mənsubu olduğu Ana Vətən Partiyasının üzvlüyündən getmək zorunda qaldı. Çünki Fəzail Ağamalının rəhbərlik etdiyi AVP tərəfindən seçkilərdə İlham Əliyevin dəstəklənməsi qərarı verilmişdi və partiyadan belə hesab etdilər ki, Zahid Oruc getməlidir. Və yola salındı da. Bu gün Zahid Oruc parlamentin partiyasız deputatları sırasındadır.

Amma bu hal müvəqqəti xarakter daşıya bilər. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan belə anlaşılır ki, Zahid Orucun hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyində yeni görəvə gətirilməsi planlaşdırılır.

Məlumatı verən mənbə bildirir ki, Zahid Oruc əslində ənənəvi kursundan nəinki sapmadı, əksinə, seçki kampaniyası dövründə, debatlardakı çıxışları zamanı hakimiyyət tərəfdarlarının ciddi rəğbətini qazandı: «İndi də bunun mükafatı verilir. Zahid Oruca YAP-dan dəvət gələcək. Və yaxın günlərdə belə bir dəyişiklik gözlənilir. Bundan sonra parlament seçkilərinə Zahid Oruc YAP-ın namizədi kimi qatılacaq».

Bu arada bir başqa qaynaq isə Zahid Orucun YAP-a prezidentin 22 oktyabr sərəncamı ilə baş nazirin müavini postuna təyin edilmiş Əli Əhmədovun yerinə - icraçı katib vəzifəsinə gətiriləcəyini iddia edib. Hələlik bu barədə hər hansı dəqiqləşdirmə olmadığından, yaxın günlərdə mövzuya yenidən qayıdacağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt