Əsas Səhifə > Siyasət, Manşet > ZAKİR HƏSƏNOVUN İSLAHATLARI NƏYƏ XİDMƏT EDİR?

ZAKİR HƏSƏNOVUN İSLAHATLARI NƏYƏ XİDMƏT EDİR?


7-11-2013, 10:26
ZAKİR HƏSƏNOVUN İSLAHATLARI NƏYƏ XİDMƏT EDİR?
MÜDAFİƏ NAZİRLİYİNDƏKİ DƏYİŞİKLİKLƏR SIRF MÜHARİBƏYƏ HESABLANIB

DİA.AZ: - Səfər Əbiyevin «vurulmasının» ardından Müdafiə Naziri postuna təyin edilən Zakir Həsənov yeni postunda kifayət qədər ciddi mövqelər əldə etdi ki, bu da ilk günlərdən başladı. Hər halda, Səfər Əbiyevin yaratdığı mənfi auranın fonunda Zakir Həsənova mətbuatın özündə belə xüsusi rəğbət müşahidə olunmağa başlayıb və günü bu gün də sözügedən rəğbət aşkar surətdə hiss olunmaqdadır.

Doğrudur, burada Zakir Həsənova olan ümidlər, həmçinin onun bu günə qədər özü barəsində yaratdığı təəssüratlar da müstəsna əhəmiyyətə malikdir. Amma buna rəğmən məhz cəmiyyətin Səfər Əbiyevdən və onun kabinet bəyanatlarından yorulması faktı Zakir Həsənovun xeyrinə ciddi şəkildə işləmiş oldu.

Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mənbə iddia edir ki, əslində Zakir Həsənov apardığı kadr islahatları ilə hələ uzun müddət simpatiyaların ünvanı olacaq: «Təsəvvür edin, illər ərzində ordu sistemi müəyyən bir şəbəkədən əziyyət çəkib. Zakir Həsənov məhz həmin şəbəkəni darmadağın edir. Müharibə şəraitində olan bir ölkə üçün bu gün yeni nazirin atdığı addımlar mühüm əhəmiyyət daşıyır».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Zakir Həsənov nazirlikdəki islahatlarını təxmini olaraq başa çatdırıb. Yəni bundan sonra olas-olsa bir-iki məmur dəyişdiriləcək. İndi sırada cəbhə xəttini və komandanları peşəkarlarla dəyişməkdir». Mənbəmizə görə, yeni nazirin bütün fəaliyyəti birbaşa olaraq müharibə tədarükünə hesablanıb:

«Ermənilər Zakir Həsənovun gəlişini doğru qiymətləndirmişdilər. Yəni onların bu təyinatdan sonra keçirdiyi həəcan təbii idi. Zakir Həsənov bu gün həqiqətən də müdafiə naziri olaraq Azərbaycan dövlətinin müdafiədə oturması üçün yox, hücum mövqeyi üçün tədarük görür. Buna isə müharibə tədarükü də demək olar».

Geri qayıt