Əsas Səhifə > Dünya > AMERİKA YENƏ QAN GÖLÜNƏ DÖNDÜ

AMERİKA YENƏ QAN GÖLÜNƏ DÖNDÜ


7-11-2013, 10:08
AMERİKA YENƏ QAN GÖLÜNƏ DÖNDÜ
ABŞ-ın Detroit şəhərində bərbərxanaya silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.
İddialara görə, müəyyən vaxtlarda qumar oyunlarının da keçirildiyi bərbərxanaya girən və şəxsiyyəti hələlik müəyyən edilməyən şəxs ətrafa atəş açıb.
İlkin məlumatlara görə, hadisə yerində 3 nəfər həyatını itirib. Yaralanan 6 nəfər isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Hadisə şahidləri hücumun qumarla əlaqədar ola biləcəyini qeyd ediblər.
Polis cinayətkarı tapmaq üçün bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

Geri qayıt