Əsas Səhifə > Şou-biznes > İLGİNC: NİGAR İBRAHİMOVA BUNA QƏDƏR BİR NİŞANI DA POZUB

İLGİNC: NİGAR İBRAHİMOVA BUNA QƏDƏR BİR NİŞANI DA POZUB


7-11-2013, 08:55
İLGİNC: NİGAR İBRAHİMOVA BUNA QƏDƏR BİR NİŞANI DA POZUB
Tanınmış vizajist Nigar İbrahimova (müğənni İradə İbrahimovanın bacısı) bu günlərdə Ruslan Musayev adlı şəxslə ailə həyatı qurdu. Toy şənliyi bitməmiş məlum oldu ki, sən demə, Ruslan ailəli olub, birinci nigahdan iki qız övladı var. O, Samirə adlı həyat yoldaşından sentyabrın 17-də rəsmi qaydada ayrılıb.

Toy axşamı Samirə xanımla əlaqə saxlamağa müvəffəq olduq. “Ailəmi Nigar İbrahimova dağıtdı! O, ərim evli ola-ola onunla görüşürdü. Ruslanın iki uşaq atası olduğunu bilə-bilə onunla gəzirdi”, - deyən Samirə xanımın şok açıqlamalarından ibarət müsahibəsi ildırım sürətilə bütün şəhərə yayıldı. Bu hadisədən dərhal sonra isə Ruslan Musayev evli olmamışdan öncə nişanlı olduğu Vüsalə xanımı da axtarıb tapdıq.

Araşdırmalarımız zamanı məlum oldu ki, Ruslan birinci nişanlısı Vüsalə ilə təhsil aldığı Ali İctimai Siyasi Kollecdə tanış olub. Onlar eyni qrupda oxuyublar. Yeddi illik sevgi sonda öz bəhrəsini verib. Ruslan elçilərini Vüsaləgilə yollayıb və 2004-cü ildə (o vaxt Vüsalənin 24 yaşı var idi) təmtəraqlı nişan mərasimi baş tutub. O vaxtlar Ruslan Musayev “Torqovi”da yerləşən valyutadəyişmə məntəqələrinin birində işləyirmiş. Nigar İbrahimova isə elə həmin məntəqənin yaxınlığındakı “7 Gözəl” adlı gözəllik salonunda. Bir neçə dəfə məntəqədə valyuta dəyişməyə gələn Nigar beləcə Ruslanla tanış olub. Çox keçməyib ki, onların gizli görüşləri Ruslanın nişanlısı Vüsalənin də qulağına çatıb. Qız heç cür özünə yer tapa bilməyib. Nişanlısının xəbərləri təkzib etməsinə baxmayaraq, bir neçə dəfə makiyaj etdirdiyi Nigar İbrahimova ilə əlaqə saxlayıb və ona Ruslan haqda suallar verib. Əks tərəfin “Mən onun nişanlısıyam!” kimi cavabı Vüsaləni möhkəm hiddətləndirib və o, Nigara görüş təyin edib. Barmağındakı üzüyü, həmçinin nişan mərasimini əks etdirən şəkilləri vizajistə göstərib. “İndi bax gör Ruslanın nişanlısı kimdir?!” – deyən Vüsalə aldığı cavabdan şoka düşüb: “Əgər sən yaxşı nişanlı olsaydın, onu özünə bağlamağı bacarardın!”

“Əslində, bu barədə qəti şəkildə danışmaq istəmirəm. O oğlanın adı isə ümumiyyətlə, mənə iyrənc gəlir. Nigar İbrahimova çox ailələr dağıdıb. Hələ üçünü, dördünü mən bilirəm”, - deyə məsələyə açıqlama vermək istəməyən Vüsalə xanımı iki-üç gündən sonra nəhayət ki, yola gətirə bildik və onun dediklərini olduğu kimi sizə təqdim edirik:

- Bəli, eşitdiklərinizin hamısı həqiqətdir. Bilmirəm bunları sizə kim deyib, mənim üçün heç maraqlı da deyil, amma çox insaflı adamdır ki, düzünü deyib. Hər nə isə... Beləcə, altı ay çəkən nişanımız pozuldu. Halbuki, artıq toy üçün siyahı tutulmuşdu. Cehizlərim hazırlanmışdı. Ruslan təkidlə mənə mənzil aldırırdı. Deyirdi, ev sizdən, içini doldurmaq bizdən. Deyirdi, təmirini də siz edin. Adətən oğlan ev alır, qız içini doldurur. Amma bizdə belə deyildi. Mat-məəttəl qalırdım onun bəzi hərəkətlərinə. Elə bil o gəlin köçürdü, başa düşürsünüz? Ruslan hamıdan öz mənafeyinə görə istifadə edən adamdır! Mən nişanımı qaytarandan beş il sonra özümə gələ bildim. Depressiyaya düşdüm, çox əziyyətlərə məruz qaldım. Nələr xəyal etmişdim, nələri arzulamışdım? Gözümü açıb onu görmüşdüm. İstəmişdim onu. Birdən-birə mənə zərbə vurdu. Amma sağ olsun məni sevənlər, ailəm, onların sayəsində özümə gələ bildim. Düzü, elə Ruslanın varlığı da mənə kömək oldu. Ona nifrət edə-edə özümü sevməyə başladım, özümə hörmət qoymağa başladım. İndi hər şey əladır! Həyatımdan son dərəcə razıyam. Allahımdan da. Hər dəfə durub-oturanda deyirəm ki, Ya Rəbb, şükür məsləhətinə! Nə yaxşı ki, o adamın əslində kim olduğunu vaxtında mənə göstərdin, nə yaxşı ki, vaxtında bizi ayırdın. Mən çəkdiyimi çəkmişəm o Nigardan. O Samirəyə ürəyim ağrıyır. İki uşaqla qaldı yazıq qız... Tutalım, Samirə pisdir, bəs uşaqlar? Axı onlar qız uşağıdırlar. Yazıq, günah deyilmi?

- Ruslan barəsində nə üçün danışmaq istəmirsiniz?

- Mən o kitabı çoxdan bağlamışam.

- Nişanı qaytarandan sonra əlaqəniz olub?

- Nişanı qaytarandan sonra bir dəfə mənə zəng vurdu ki, axı o kim idi ki, ona görə məndən ayrıldın? O Nigar mənim üçün bir-iki günlük idi. O kim idi ki, mənim nişanlım onun ayağına gedib çıxdı? Amma bugünkü gündə həmin qadını özünə arvad elədi...

-Sözünüzdən belə çıxır ki, ayrılmağınızın səbəbkarı Nigar İbrahimovadır?!

- ƏIbəttə! Ona da minnətdarlıq borcum var, bizi ayırdığına görə. Əgər o, nişanlımla görüşməsəydi, mənə o təsiredici sözlərini sivil yolla bildirməsəydi, indi bədbəxt o yox, mən olmuşdum. Nigar İbrahimovanın o kəlməsi uzun müddət qulaqlarımda sırğa oldu: “Əgər sən yaxşı nişanlı olsaydın, onu özünə bağlamağı bacarardın!”

- Bu kəlmə sizə nə üçün bu qədər təsir edib?

- “Ümid var” verilişindəki açıqlamasında Nigar İbrahimova həmin sözləri Ruslanın arvadı, yuvasını dağıtdığı yazıq Samirəyə də ünvanladı. Bu, mənə pis təsir etdi. Ruslan nişanımız pozulandan bir il sonra o Samirə ilə ailə həyatı qurmuşdu. O vaxtlar çox sevinmişdim ki, normal xanım aldı, xoşbəxtdir və iki qız uşağının atasıdır. Sən demə...

- Vüsalə xanım, sizə bir sual da verim, çox yaxın bir adamınızdan, lap yaxınınızdan eşitdiyimə görə, Nigar İbrahimova nədənsə sizdən çəkinir. Bunun səbəbini açıqlaya bilərsiniz?

- Qəti şəkildə!

- Nəyə görə?

- Çünki ortada üçüncü şəxs var. Onun adını heç cür çəkə bilmərəm. Onun ailəsi var, tanınmış adamdır, söz-söhbətin o şəxsin ailəsinin, həyat yoldaşının qulağına çatmasını istəmirəm. Elə adamdır ki, adını çəkə bilmirəm... Nigar özü yaxşı bilir mən nədən, kimdən danışıram. Əgər açıqlasam, Nigar İbrahimova biabır olacaq, gərək çölə-bayıra çıxmasın onda.

- Nigar İbrahimovaya nəsə sözünüz var?

- Sizin sayt vasitəsilə Nigar İbrahimovaya son kəlmələrimi çatdırıram: Deyirlər, “tay tayını tapar”. Bu kəlmə Nigarla Ruslana aiddir. Allah Nigarın qabağına özü kimisini çıxartdı. Bir də əsas onu demək istəyirəm ki, Nigar, doqquz il bundan əvvəl mənə dediyin sözləri bu yaxınlarda Samirəyə dedin: “Əgər sən yaxşı həyat yoldaşı olsaydın, onu özünə bağlamağı bacarardın!” Gərək bağışlayasan. Ruslan hər iki qızın – mənim də, Samirənin də həyatında ilk oğlan olub deyə, onu əlimizdə saxlamağı bacarmadıq. Amma sənin təcrübən böyük olduğu üçün kişiləri əldə necə saxlamağı bizlərdən yaxşı bilirsən.

Geri qayıt