Əsas Səhifə > Cəmiyyət > DƏQİQ, QƏRƏZSİZ, VİCDANLI “YARPAQ TÖKÜMÜ”...

DƏQİQ, QƏRƏZSİZ, VİCDANLI “YARPAQ TÖKÜMÜ”...


26-01-2012, 17:58
DƏQİQ, QƏRƏZSİZ, VİCDANLI “YARPAQ TÖKÜMÜ”...

ANS-DƏN DAHA BİR İSTEFA

ANS televiziyasında “yarpaq tökümü” davam edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətin daha bir məsul əməkdaşı televiziyanı tərk edib. “İç xəbər” verilişinin redaktoru Lalə Nurəddinqızı bu gün telekanalla yollarını ayırıb. O, Tovuz rayonun “Türkel” televiziyasına keçib.

Qeyd edək ki, bir müddət əvvəl ANS-in baş operatoru, Hikmət Əsgərov da həmin regionala kanala keçmişdi.

ANS-də başlayan yarpaq tökümü davam etsə də, şirkət rəhbərliyi bu barədə mətbuata açıqlama vermir.


Geri qayıt