Əsas Səhifə > Cəmiyyət > ERMƏNİSTANA BAKIDA TƏMİNAT VERİLİR
ERMƏNİSTANA BAKIDA TƏMİNAT VERİLİR26-01-2012, 16:48 |
“BİZ ONLARLA MÜTƏMADİ OLARAQ ƏLAQƏ SAXLAYIRIQ” Ermənistan Bakıda keçiriləcək “Eurovision -2101” mahnı müsabiqəsində iştirak edəcək. APA-nın xəbərinə görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında “Eurovision” mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola San deyib. İcraçı rəhbər bildirib ki, digər ölkələr kimi, Ermənistanın da müsabiqədə iştirakına təhlükəsizlik baxımından zəmanət veriləcək: “Mən əmin edirəm ki, Ermənistan müsabiqədə iştirak edəcək. Biz onlarla mütəmadi olaraq əlaqə saxlayırıq. Ermənistanda müsabiqəyə hazırlıqlar gedir”. Geri qayıt |