Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: BAKIDA ORTA MƏKTƏBDƏ RUS ŞOVİNİZMİ

ŞOK: BAKIDA ORTA MƏKTƏBDƏ RUS ŞOVİNİZMİ


6-11-2013, 13:15
ŞOK: BAKIDA ORTA MƏKTƏBDƏ RUS ŞOVİNİZMİ
MİKAYIL CABBAROVUN NƏZƏR-DİQQƏTİNƏ

DİA.AZ: - Redaksiyamıza daxil olan şikayət ərizəsi də məhz bu məktəbdə təhsil alan şagirdlərin valideynləri tərəfindən təqdim edilib. DİA.AZ-a daxil olan ərizəni imzalamış valideynlər məktəbin IV “q” sinfinə rəhbərlik edən və dərs deyən müəllimə Mila Valeryanovnanın şagirdlərə qarşı kobud, eyni zamanda da təhqiramiz formada davranmasına dair iradlarını bildirmiş və bu xüsusda ciddi narahatlıqlarını qeyd etmişlər.

Aldığımız məlumata görə IV “q” sinfi məktəbdə fəaliyyət göstərən rus bölməsinə aiddir. Elə valideynlərin şikayəti də Mila Valeryanovnanın məhz milli mənsubiyyət zəminində təhqiramiz ifadələrə yol verməsi ilə bağlıdır. İddia olunur ki, müəllimə özü təhsil verdiyi şagirdlərdən hansınınsa hazırlıq səviyyəsinə münasibətini təxminən belə bir ifadə ilə bildirmişdir ki, siz azərbaycanlılar hamınız kütsünüz.. Əlbəttə ki, bu iddianı ilk səsləndirən şahidin vur-tut dördüncü sinif şagirdi olduğunu ilk növbədə nəzərdə saxlamaq lazımdır.

Belə ki, müəlliməsi tərəfindən incidildiyini düşünən bir uşağın “qisas almaq” məqsədilə belə bir hiyləyə əl ata biləcəyini də istisna etməyək. Digər tərəfdən də əgər ittiham əsaslıdırsa, deməli bu söhbəti ən azından bir neçə nəfər eşidib. Elə şikayət edənlərin də sayı bir neçə nəfərdən ibarətdir. Təbii ki, bizim məsələyə ilk reaksiyamız məktəbin rəhbərliyi ilə əlaqə saxlayıb, baş verənlər barədə daha ətraflı məlumat əldə etmək cəhdi oldu.

ŞOK: BAKIDA ORTA MƏKTƏBDƏ RUS ŞOVİNİZMİ

Bundan sonra biz də öz növbəmizdə “Ankara” məktəb-liseyi barədə bir qədər ətraflı məlumat əldə etmək qərarına gəldik. Qeyd edək ki, öyrəndiklərimiz heç də ürəkaçan faktlar olmadı. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, bu məktəbin birinci siniflərinə şagird qəbulu xüsusi təyin olunmuş test imtahanları vasitəsilə həyata keçirilir. Qeyd olunur ki, imtahanlardan yüksək nəticə əldə etmiş və ya müəyyən minimuma cavab vermiş uşaqların buraya qəbulunda demək olar ki, heç bir problem müşahidə olunmur. Lakin bununla belə, “Ankara” məktəb-liseyində tədris alan uşaqların təxminən yarısı bu müəssisəyə rüşvət vermək yolu ilə qəbul olunublar.

Mənbə bu məktəbə testdən kənar qəbulun 1500 manata başa gəldiyini iddia edir. Həmçinin qeyd olunur ki, “Ankara” məktəb-liseyinə qəbul edilən şagirdlərin ümumi sayı bir ildə 200 nəfər olur. Təbii ki, təqvimlə qeyd olunan dövlət bayramları, müxtəlif yubileylər, imtahan və sınaqlar, attestat və şəhadətnamələrin təqdimatı ilə bağlı yığımlar da istisna olunmayıb. Məsələn, göstərilir ki, məktəb üzrə hər şagirddən il ərzində bir dəfə tutulan “məktəb fondu”na ödənişin məbləği 150 manatdır...

Yəni anlaşılanı odur ki, bu məktəbdə təkcə millətimizi təhqir etmirlər, həm də millətin cibinə də girirlər. Yazıda yer alan olayla bağlı DİA.AZ olaraq bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt