Əsas Səhifə > Hadisə > DSMF NAZİRLİYƏ BİRLƏŞDİRİLİRMİ?

DSMF NAZİRLİYƏ BİRLƏŞDİRİLİRMİ?


6-11-2013, 10:33
DSMF NAZİRLİYƏ BİRLƏŞDİRİLİRMİ?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dövlət Sosial Müdafiə Fondunun birləşdirilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə ƏƏSMN-nin İçtimai Əlaqələr şöbəsinin müdiri İlham Məmmədov münasibət bildirib.

ANS PRESS-ə müsahibəsində o deyib ki, iki qurumun birləşdirilməsi ilə bağlı heç bir məlumatı yoxdur: "Mətbuatda yayılan xəbərlərə baxmamışam. Dünən kallegiya iclasının olduğunu da bilmirdim. Mənim iki qurumun birləşdirilməsi ilə bağlı məlumatım yoxdur. Məşğulluq və Əmək Müfəttişliyinin ləğv ediləcəyi ilə bağlı məsələdən də xəbərim yoxdur".

Xatırladaq ki, mətbuatda yayılan məlumatlara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni təyin olunmuş naziri Səlim Müslümov dünən keçirilən kollegiya iclasında ƏƏSMN ilə DSMF-nin birləşdiriləcəyini söyləyib. Nazir islahatlar aparılacağını və qısa müddətdə Məşğulluq və Əmək Müfəttişliyi ləğv edilərək, rayon şöbələrinin tərkibinə veriləcəyini də deyib.

Geri qayıt