Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOV HEYDƏR ƏSƏDOVU DA HƏDƏFƏ ÇEVİRİR

ZİYA MƏMMƏDOV HEYDƏR ƏSƏDOVU DA HƏDƏFƏ ÇEVİRİR


6-11-2013, 10:02
ZİYA MƏMMƏDOV HEYDƏR ƏSƏDOVU DA HƏDƏFƏ ÇEVİRİR
BU GÜN ŞƏRTLİ OLARAQ GÖRƏV BAŞINDA QALAN NN ŞEFİNİN KEÇDİYİ YOL

DİA.AZ: - Bu arada ölkədə bir xəbər sensassiya kimi mətbuat tərəfindən paylaşıldı. Söhbət nəqliyyat nazirliyinin müfəttişlərinin sürücüdən haqq tələb etməsindən və bu zaman hadisəni lentəə almağa çalışan ATV kanalının əməkdaşı ilə qovdu-qaçdı faktından gedir. Əslində burada elə bir sensassion olayın olmadığını hər birimiz yaxşı bilirik. Amma yenə də «maraqlıdır» deyib, xəbərə göz gəzdiririk. İçimizdə isə bir alışqanlıq var. Bəs necə olmalıdır ki… Axı Ziya Məmmədov illərdir məhz bu sistemi formalaşdırmaqla məşğuldur…

Xatırladaq ki, keçən günlərdə Nazirlər Kabinetinin təsdiqlənən heyətindəki kadrları bir-bir təhlil edəcəyimizə vəd vermişdik və ilk olaraq kifayət qədər qalmaqallı fiqur hesab olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan başladıq. Və vəd etmişdik ki, sırada nəqliyyat naziri Ziya Məmmədovdur…

Ziya Məmmədov kimdir? Onu xarakterizə etmək üçün keçmişə baş vurmağa o qədər də ehtiyac yoxdur. Bu gün də əslində iqtidar düşərgəsində «calaq məmur» kimi diqqətə gələn Ziya Məmmədov bir çox daxilii qalmaqallarda tərəf kimi çıxış etməsilə özü barəsində intriqant obrazı yaratmağa müvəffəq olub. Əslində o, NN şefi vəzifəsinə də elə intriqalardan tramplin kimi istifadə edərək gəlib. Azərbaycanın ilk və hələlik yeganə nəqliyyat naziri olan Ziya Məmmədov dəmiryolundan nazir postuna gələ bilməsi üçün o zamanlar həmin vəzifəyə daha şanslı hesab olunan keçmiş «Azəravtonəqliyyat» Dövlət Konserninin prezidenti Hüseyn Hüseynovu yenməyə müvəffəq olmuşdu. Bununla da Ziya Məmmədov üçün geniş imkanların qapısı açıldı. Amma o, bu imkanlarından istifadədə daha çox intriqant kimi yadda qala bilib.

DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, 22 oktybar tarixində Nazirlər Kabinetinin təsdiqi prosesindən Ziya Məmmədov da narazı qalıb. Halbuki onun vəzifəsindən alınması daha çox gözlənilirdi. O, isə baş nazir təyin olunacağını gözləyirmiş. Təsəvvür edin, adamın qudası da nazir təyin edilir, amma yenə də narazıdır. Xatırlayırsınızsa, bu barədə mətbuatda da zaman-zaman müxtəlif məlumatlar yayılırdı. Ziya Məmmədov gerçəkdən baş nazir ola bilməsi üçün ciddi çaba sərf edib. Amma alınmadı, alındıra bilmədi. Və elə buna görə də NN şefi yeni hədəflər uğrunda mübarizəyə başlayıb. Bunu da redaksiyamıza bilgili qaynaq xəbər verib.

Əgər Səfər Əbiyevi Azərbaycan vətəndaşı əsgər ölümlərindən, atəşkəs dövründə verdiyimiz itkilərin astronomik həddə olan sayı ilə cxatırlayırsa, Ziya Məmmədovu da sərnişin avtobusu qəzalarından tanıyır. Bu gün NN şefinin «intellektual idarəetmə» adı altında Azərbaycanın nəqliyyat sahəsini intellektsizcəsinə talaması halı müşahidə olunmaqdadır. Ziya Məmmədovun nəinki müfəttişləri, hətta taksi və avtobus sürücüləri də ayrıca bir sinif, fyərqli bir zümrə kimi bu millətin qəsdinə durublar ki, burada da əsas səbəb kimi məhz NN şefinin daha çox pul qazanmaq naminə qoyduğu tələblər çıxış etməkdədir.

Bu gün Ziya Məmmədovun sərvətinin miqyası barədə təsəvvürlər belə müxtəlifdir. Kimi onun varidatının artıq 3-4 milyarda çatdığını deyir, kimi də daha artıq olduğu qənaətindədir. Əslində, burada hər hansı rəqəmi söyləmək imkansızdır. Tək bəlli olanı odur ki, Ziya Məmmədov bu gün həqiqətən də haqq etmədiyi bir məqamda millətin haqqını mənimsəməkdədir.

Asfaltın hər metrəsindən, taksometrin hər hərlənməsindən, avtobusun hər dövrəsindən və daha nələrdən milyonları bir aya mənimsəyən Ziya Məmmədovun əlində geniş maxinasiya imkanları mövcuddur və insafən adamın bu imkanlarını fövtə vermədiyini də etiraf etmək lazımdır.

Bu gün Ziya Məmmədovun dövlət büdcəsi hesabına aldığı intellektual idarəetmə üçün tələb olunan texniki avadanlıqlar köhnə əşya kimi avtobusların küncündə, avtobus dayanacaqlarda toz-torpaq içində qalıblar. Hələ bu günə kimi Ziya Məmmədovun dayanacaqlardakı sensorlu monitorlarını barmaqlayan sərnişinləri görən olmayıb, onları barmaqla saymaq olar. Əslində bu gün məhz tıxacların aradan qaldırılması, sərnişindaşımada keyfiyyətin artırılması və Ziya Məmmədova aid digər bu kimi istiqamətlərdə rahatlığın təmini üçün pul ayrılası, pul xərclənəsi daha vacib sahələr var idi.

Amma Ziya Məmmədov bunu etmədi. Ziya Məmmədov heç sürücülərin belə başı çıxmadığı aparaturaya pul xərcləməklə dövlət büdcəsindən daha bir neçə milyonu cibinə ötürməyə üstünlük verdi. Ənənəvi seçimini etdi.

Onun vaxtının qısa olduğu da deyilir. Elə redaksiyamıza da bu barədə informasiyalar daxil olub. Yəni anlaşılanı odur ki, bu gün Ziya Məmmədov iynə üstündədir. Və onun nazir postundan alınması an işidir. Bu barədə şərtli olduğu söylənilir. Burada həm də diqqətçəkəni odur ki, Ziya Məmmədov təkcə özü ilə bağlı yox, həm də yenicə olaraq kənd təsərrüfatı naziri olmuş qudası Heydər Əsədova görə də məsuliyyət daşıyır. Bu isə artıq hakimiyyətin ənənəsidir. Səfər Əbiyev getdisə, qohumu Aslan Aslanovun bu arada nə işi var… Fizuli Ələkbərov da üsyan çıxarmış keçmiş icra başçısı olan qardaşının ardınca göndərildi. Yəni Ziya Məmmədov Heydər Əsədova da problem yarada bilər… Əgər şərtə əməl etməzsə…

Davamı olacaq. Sırada vergi verilən Fazil Məmmədovdur…

Azər - DİA.AZ

Geri qayıt