Əsas Səhifə > Hadisə, Manşet > ARTUR RƏSİZADƏ ÜÇÜN İSTEFA YOLU

ARTUR RƏSİZADƏ ÜÇÜN İSTEFA YOLU


26-01-2012, 15:11
ARTUR RƏSİZADƏ ÜÇÜN İSTEFA YOLU

NƏHAYƏT BAŞ NAZİR POSTUNDA DƏYİŞİKLİYƏ YEKUN QƏRAR VERİLİB

DİA.AZ: - Yaşı 80-i keçən və artıq işləmək istəməyən Azərbaycanın baş naziri Artur Rəsizadənin dəfələrlə istefa ərizəsi yazdığı barədə məlumatlar hələ xeyli əvvəldən var idi. Hərçənd bu məlumatı nə hökumət, nə də ölkənin ikinci şəxsi təsdiqləmirdilər. Amma son dövrlər həmin məsələ yenidən gündəmə gəlməyə başlayıb.

“Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia.az) hökumət içindəki qaynaqlardan verilən məlumata görə, baş nazir Artur Rəsizadənin sonuncu istefa ərizəsi dövlət başçısının masası üzərindədir. Sayca 3-cü olan bu istefa ərizəsinin ikisi bir müddət əvvəl geri qaytarılmışdı. Lakin sonuncu ərizə baxılmaq üçün saxlanılıb. Mənbənin sözlərinə görə, hakimiyyət dairələri belə bir qənaətə gəliblər ki, baş nazir qocalıb və onu yenisi ilə əvəzləməyin vaxtı çatıb. Bu posta iddialıların çoxluğu isə onları düşündürsə belə, başqa çıxış yolunun qalmadığı dəqiqdir.

Məlumat verən qaynaq onu da bildirib ki, Artur Rəsizadənin istefası “Avroviziya-2012” mahnı yarışmasından sonra reallaşacaq. Belə ki, baş nazirin əvəzlənməsi yayın ortalarına təsadüf etməlidir. Yeni baş nazirin kim olacağına gəldikdə isə mənbə bu barədə dəqiq fikir söyləməkdə çətinlik çəkib.


Geri qayıt