Əsas Səhifə > Ölkə, Manşet > SAHİBKARLAR BAŞÇINI NAZİRLİYƏ HƏVALƏ ETDİLƏR
SAHİBKARLAR BAŞÇINI NAZİRLİYƏ HƏVALƏ ETDİLƏR4-11-2013, 16:14 |
«XAHİŞ EDİRİK, YOXLAYIN»… DİA.AZ: - «Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev prezidentin bu rayona səfərindən sonra yeni kampaniyaya başlayıb. Prezident iyul ayında Xaçmazda olub və elə həmin tarixdən günümüz qara olub. İcra başçısı sanki hansısa tədbiri keçirib, xərci çıxıbmış kimi davranır». Bu sözlər redaksiyamıza ünvanlanan şikayət məktubundandır. Bir qrup sahibkar adından edilən şikayət məktubunda bildirilir ki, icra başçısı aylıq «stavka»nı qaldırıb. DİA.AZ-a daxil olan müraciətdə deyilir: «Şəmsəddin Xanbabayev bu gün hər yerdə öyünür ki, Xaçmazda belə abadlıq, quruculuq işləri həyata keçirib. Amma bütün Xaçmaz, bəlkə də Bakıda vəzifə başında olanlar da bilir ki, bütün bu işlər yerli imkanlar hesabına edilib. Dövlt büdcəsindən Xaçmaza abadlıq məqsədilə külli miqdarda pulun ayrıldığını bilirik. Hanı o pullar?» Sahibkarlar bildirir ki, icra başçısı yenə də onlardan haqq tələb edir: «Artıq yorulmuşuq və maliyyə nazirlyindən xahiş edirik ki, Xaçmaz rayonuna ayrılan büdcə vəsaitinin xərclənməsini araşdırsın. Biz sahibkarlar bu işdə dövlətimizə şahidlik edə bilərik». Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |