Əsas Səhifə > Ölkə, Manşet > OQTAY ƏSƏDOV KEÇMİŞ DEPUTATIN XAHİŞİNİ EDİB

OQTAY ƏSƏDOV KEÇMİŞ DEPUTATIN XAHİŞİNİ EDİB


4-11-2013, 14:53
OQTAY ƏSƏDOV KEÇMİŞ DEPUTATIN XAHİŞİNİ EDİB
MƏMUR KORPUSUNDA DAXİLİ HƏYƏCAN

DİA.AZ: - «Məmur korpusunda ciddi narahatçılıq var. Təsdiqlənmiş nazirlərin kiminlə yola davam edəcəyi bilinmədiyindən, bu gün hətta naziri köhnə olanlar belə narahatçılıq keçirir. Çünki hər bir nazirlikdə kadr islahatlarının aparılacağı gözlənilir». Bu ilginc məlumat DİA.AZ-a iqtidar içindəki bilgili qaynaqlar tərəfindən ötürülüb.

Məlumatı verən mənbə iddia edir ki, yaxın günlərdən etibarən nazirlik və dövlət komitələri kadr islahatlarına gedir: «Elə buna görə də məmur korpusunda ciddi əndişə var. Görəv başında qalmaq istəyənlər yollar axtarır. Hansılar ki, onların «vurulacağı» indidən bəllidir».

Bu arada məlumatı verən qaynaq maraqlı bir faktı da açıqladı: «Keçmiş deputatlardan biri nazir müavini olmaq üçün hərəkətə keçib. Yəni yaranmış situasiyadan istifadə etməyə çalışır. Hətta onun xahişini parlamentin sədri Oqtay Əsədov da edib. Hələlik nə müsbət, nə də mənfi cavab verilməyib».

Geri qayıt