Əsas Səhifə > Dünya > bp “ŞAHDƏNİZ”LƏ BAĞLI QARANTİYA VERDİ

bp “ŞAHDƏNİZ”LƏ BAĞLI QARANTİYA VERDİ


26-01-2012, 14:17
bp “ŞAHDƏNİZ”LƏ BAĞLI QARANTİYA VERDİ

“SANKSİYALAR BU LAYİHƏDƏN YAN KEÇƏCƏK”

BP şirkəti ABŞ və Avropa Birliyinin (AB) İrana qarşı sanksiyalarının “Şahdəniz” layihəsinə toxunmayacağını güman edir.

“Bloomberg”in xəbərinə görə, bu barədə BP-nin “Şahdəniz” layihəsi üzrə marketinq meneceri Stiv Qarlik Vyanada keçirilən konfransda çıxışında bildirib.

O, hazırkı anda sanksiya prosesinin layihəyə toxunmayacağına əmin olduqlarını qeyd edib. S.Qarlikin sözlərinə görə, şirkət bu məsələni nəzarətdə saxlayır, müxtəlif siyasi orqanlar və lobbiçilərlə aktiv əməkdaşlıq edir: “Bu cür nəhəng layihələr hər zaman risklərə məruz qalır. İrana qarşı sanksiyalar da bu risklərdəndir və biz bunun öhdəsindən gəlməliyik”.

Qeyd edək ki, “Şahdəniz” layihəsinin səhmlərinin 10%-i İranın “Naftiran Intertrade Co.” şirkətinə məxsusdur.

Yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.


Geri qayıt