Əsas Səhifə > Şou-biznes > “NƏYƏSƏ EHTİYACLARI OLDUQDA DOSTLUQ EDİRLƏR”

“NƏYƏSƏ EHTİYACLARI OLDUQDA DOSTLUQ EDİRLƏR”


26-01-2012, 13:50
“NƏYƏSƏ EHTİYACLARI OLDUQDA DOSTLUQ EDİRLƏR”

AQİL M.QULİYEV ƏN BAHALI KLİPİ NEÇƏYƏ ÇƏKİB?

ATV-nin "10 lar" verilişinin budəfəki qonağı populyar rejissor Aqil M.Quliyev olub.

Etiraflarla dolu müsahibəni təqdim edirik.

- Özünüzü korifey sayırsınızmı?

- Əlbəttə ki, yox.

- Bəs bir neçə ildən sonra sayacaqsınızmı?

- Üçüncü filmim efirə çıxdıqdan sonra bəlkə bu məsələ məni maraqlandıra.

- Hazırda sayca neçənci filminiz üzərində işləyirsiniz?

- Hələ ki, birinci.

- Müğənnilər arasında dostunuz varmı?

- Bu suala cavab vermək çətindir. İşlədiyim müğənnilərdən yalnız Nazim ilə münasibət saxlayıram. Çünki bu insanlar səninlə yalnız nəyəsə ehtiyacları olduqda dostluq edirlər.

- Ən bahalı klipinizi neçəyə çəkmisiniz?

- 30 minə.

- Röya ilə niyə danışmırsınız?

- Çünki buna ehtiyac duymuram.

- Sizi əsəbləşdirmək çətindirmi?

- Bəli, çox çətindir.

- Hazırda tək yaşayırsınız?

- Yox. Heç zaman tək olmamışam.

- Bəs onda niyə ailə qurmursunuz?

- Sadəcə, buna ehtiyacım yoxdur. Bu, cəsarət tələb edir. Bunu hətta həyata keçirmək istəmədiyim qəhrəmanlıqla müqayisə edirəm. Nikah böyük məsuliyyətdir.

- Həyatınızda neçə dəfə sevmisiniz?

- Beş dəfə. Müxtəlif yaşlarda sevgi də müxtəlif olur. Elə insanlar var ki, onlar bir tip qadınları sevirlər. Məndə belə deyil. Hər bir qadının öz seyfi var. Kodunu tapsan, o, sənin olacaq.

- Bəs siz indiyədək neçə seyfi aça bilmisiniz?

- Beş. Buna təxminən 2-3 ilim gedib. Bu məsələdə uşaq olmamışam. Onu görə də bu işdən yaxşı başım çıxır.

- Qızınız necədir?

- Açığı, bilmirəm. Bu, tamamilə başqa melodramdır və bu haqda danışmaq istəmirəm.

- Səsinizin qüdrəti itib?

- Yox, sadəcə, səsini mənim səsimə oxşatmağa çalışan klonlar peyda olub.

- Niyə hamı sizi özündənrazı sayır?

- Məndən başqa hamı özündənrazıdır. Ola bilsin ki, sadəcə, belə görünürəm. Hamıya sadə görünmək istəyirəm. Amma dəyişə bilmirəm. Hamıya demək istəyirəm ki, "gəlin hamımız sadə olaq!" Populyarsansa, bu, o demək deyil ki, göydən düşmüsən.

- Bu il Rusiya filmlərində çəkilməyi planlaşdırırsınızmı?

- Ola bilər. Ötən il belə bir filmdə çəkildim və məşhur rus aktyorlarla birgə oynadım. Amma heç kim buna görə məni təbrik də etmədi. Bilmirəm niyə. Ona görə də Yeni İldə mən də heç kimi təbrik etmədim. Daha heç kimin təbrikinə ehtiyacım yoxdur.

Milli.Az


Geri qayıt