Əsas Səhifə > Ölkə > “ERMƏNİPƏRƏST FRANSAYA LƏNƏT OLSUN”
“ERMƏNİPƏRƏST FRANSAYA LƏNƏT OLSUN”26-01-2012, 13:42 |
İSLAMÇILAR FRANSAYA ETİRAZ SƏRGİLƏDİ Yanvarın 26-da Azərbaycan İslam Partiyası Bakıda Fransa Senatının qondarma erməni soyqırımını inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanun qəbul etməsinə etiraz aksiyası keçirib. “Faktxeber.com” saytı xəbər verir ki, aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verməyib. Lakin polis onları Fransa səfirilyinin binasına yaxınlaşmağa qoymayıb. İslamçılar “Fransaya ar olsun”, “Torpaqlarımızı işğal edənləri dəstəkləyənlərə ar olsun”, “Fransa irqçidir”, “Ermənipərəst Fransaya lənət olsun”, “Rədd olsun Sarkozi”, “Fransanı sionizmin nökərləri idarə edir”, ”Ar olsun, Sarkoziyə” kimi şüarlarla narazılıqlarını bildiriblər. Sonda aksiyanın qətnaməsi oxunub. Geri qayıt |