Əsas Səhifə > Ölkə, Manşet > FAZİL MƏMMƏDOV ŞƏMKİRDƏKİ ADAMINI DƏYİŞƏCƏK
FAZİL MƏMMƏDOV ŞƏMKİRDƏKİ ADAMINI DƏYİŞƏCƏK1-11-2013, 14:46 |
SEÇKİDƏKİ «AYIBI» VEYSOVU BİTİRİR DİA.AZ: - «Prezident seçkilərindən sonra icra başçıları ilə bağlı rəsmi Bakının gözlənilən dəyişiklik qərarının yubanması konkret gərginliklə bağlıdır». Bu açıqlamanı DİA.AZ-a verən hökumət içindəki mənbə bildirir ki, seçkilərdən sonra iqtidarla bir sıra beynəlxalq təşkilatlar arasında gərginlik müşahidə olundu. Mənbəmiz bildirir ki, artıq həmin mərhələni geridə qoyan hakimiyyət gözlənilən islahatları həyata keçirmə yönündə tədarük görür. Mənbəmiz iddia edir ki, eyni gündə 6 rayonun icra başçısının dəyişdirilməsi niyyəti var: «Bu dəyişiklik qərarı çoxdan verilib. Və hətta görəvdən alınacaqlarını bilən icra başçıları indidən başlarının çarəsinə baxırlar. Məsələn, hazırda Qazax rayonuna rəhbərlik edən Ayaz Əsgərovun yerinə kimin təyin ediləcəyi də məlumdur». Onu da bildirək ki, zamanında Nəsimi rayon icra hakimiyyətində başçının müavini postunu tutmuş Ayaz Əsgərov Qazaxa iki il deyil ki, rəhbər göndərilib. Deməli, onun vəzifəsindən alınması bir növ cəza kimi düşünülüb. Məlumatı verən qaynağın sözlərinə görə, prezident seçkiləri vaxtı «yanlışı olan» icra başçıları da bu sarıdan vurulacaq və onlardan biri də Şəmkirin icra başçısı Nazim Veysovdur. Xatırladaq ki, prezident seçkilərində bir səs-küylü videoçəkiliş bütün ölkədə böyük ajiotaj yaratdı. Belə ki, Şəmkirdə seçki qutularına topa-topa bülletenlərin atıldığı iddia olunan həmin videoçəkilişin əslində köhnədən qalan çəkiliş olduğu söylənilsə də, bu məsələnin Nazim Veysovun gedişi ilə bağlı qərarın verilməsinə ciddi təsir etdiyi bildirilir. Məlumatı verən mənbənin bildirdiyinə görə, Nazim Veysov vergilər naziri Fazil Məmmədovun adamı olduğundan və ümumiyyətlə, Şəmkir Fazil Məmmədovun kurasiyasında olduğundan boşalacaq icra başçısı postuna yeni namizədi də VN şefi verəcək: «Digər kuratorluğu olan rayonlarda da belədir. Yəni icra başçısı kurator tərəfindən müəyyən olunur». Geri qayıt |