Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCAN ÜÇÜN ARZUOLUNMAZ VƏHABİ TƏHLÜKƏSİ

AZƏRBAYCAN ÜÇÜN ARZUOLUNMAZ VƏHABİ TƏHLÜKƏSİ


1-11-2013, 11:53
AZƏRBAYCAN ÜÇÜN ARZUOLUNMAZ VƏHABİ TƏHLÜKƏSİ
4000-Ə YAXIN DÖYÜŞÇÜSÜ OLAN BU QÜVVƏ NƏLƏRƏ QADİRDİR - BİLİRSİNİZMİ?

DİA.AZ: - Əslində vəhabilərin bir problem kimi yetişməsində bu gün iqtidarda oturub, sözügedən təriqət üzvlərindən faydalanan bəzi işbaz məmurların yetərincə rolu var, desək yanılmarıq. Bunun zaman-zaman çox ciddi sübutları olub. Hətta bir neçə il əvvəl fəaliyyətinə qadağa qoyula «Əbu Bəkr» məscidinin bağlanmasına etiraz olaraq Küveytin Azərbaycana müxtəlif xeyriyyə fondlarının xətti ilə il ərzində etdiyi 200 milyon dollarlıq yardımı dayandırması faktı da çox ciddi mətləbləri ortaya çıxarmışdı. Yəni aydın olanı o idi ki, vəhabiləri Azərbaycanda barındıranlar var və bu qüvvələr həmin prosesdən çox ciddi pullar qazanırlar.

Ğu gün Azərbaycanda vəhabilərin saı təhlükəli hesab olunacaq qədərində artmaqdadır. Hələ «Əbu Bəkr» məscidi bağlanmamışdan öncə vəhabilərin nisbətən yumşaq qanadı hesab olunan Azərbaycan sələfilərinin lideri Şeyx Qamət sinəsinə döyərək «Bizdə cümə namazına 7-8 min nəfər qatılır» demişdi ki, bu da onların ciddi şəkildə şəbəkələşməsinin göstəricisi hesab oluna bilər.

Məlumat üçün bildirək ki, vəhabilər bütün dünyada olduğu kimi, Azərbaycanda da iki qola - sələfilərə və xavariclərə ayrılırlar. Sələfilərdən fərqli olaraq xavariclər silahlı mübarizəyə üstünlük verirlər ki, əslində bu iki qruplaşma bir-biri ilə sıx bağlı şəkildə fəaliyyət göstərir və dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da bu belədir.

Sələfilər bir növ xavariclər üçün döyüşçü-kadr hazırlamaqla məşğuldur. Azərbaycanda sələfilərə Şeyx Qamətin, xavariclərə isə Şeyx Elxanın başçılıq etdiyi məlumdur. Və bu iki şəxs üzdə düşmən, yolagetməyən kimi təqdim olunsalar da, onların eyni qaynaqdan qidalanması və çəkici eyni zindana vurmaları faktdır. Bunun da nəticəsidir ki, bu gün Azərbaycanın yüzlərlə oğlu Əfqanıstanda, İraqda, Suriyada və digər təhlükəli ünvanlarda «cihad uğrunda» savaşırlar. Halbuki həmin bu aldadılmış vətəndaşlarımızdan bir millət və dövlət olaraq faydalana bilərdik. Lakin göründüyü kimi, təhlükəli qüvvələr dövləti bu məsələdə qabaqlayır…

Bu günlərdə xarici KİV-lər Suriyanın baş müftisi Şeyx Əhməd Bədrəddin Hassuna isnad edərək, Suriyada döyüşənlər haqda açıqlama yaydı. Ə.Hassun Bəşər Əsəd rejiminə qarşı hər dövlətdən nə qədər vətəndaşın döyüşməsi haqda rəqəmlər göstərmişdi. Amma baş müfti İran və Livandan B.Əsədə köməyə gələn döyüşçüləri bu siyahıya daxil etməyib.

Ə.Hassun rəqəmləri İngilis Araşdırma İnstitutunun (İAİ) məlumatlarına əsaslanaraq verdiyini bəyan edib. Beləliklə, Suriyada Səudiyyə Ərəbistanının 8 min, İraqın 6 min, Liviyanın 4500, Tunisin 4 min, Türkiyənin 3800, Misirin 3500, Livanın 3200, Yəmənin 2800, Çeçenistanın 1700, Pakistanın 1500 vətəndaşı döyüşür. Bu sırada Suriyada Küveytin 900, İordaniyanın 800, Türkmənsitanın 360, Somalinin 350, ABŞ-ın 290, Rusiyanın 250, Əlcəzairin 200, Fasın 200, Eritreyanın 200, Tacikstanın 190, Fransanın 150, Bosniyanin 150, Malayziyanın 140, Kosovanın 140, Almaniyanın 110, Kanadanın 110, Azərbaycanın 100, Albaniyanın 100, İndoneziyanın 100, Böyük Britaniyanın 80, Danimarkanın 80 vətəndaşı döyüşür.

Bildirək ki, bu rəqəmlər də dəqiq deyil. Çünki Azərbaycan vəhabiləri iddia edirlər ki, bu gün təkcə Suriyaya 500-ə yaxın döyüşçü yollayıblar. Hər halda, bu adamlar Azərbaycan oğullarıdır və nəhayətdə dövlətin bu işə qarışması vacibdir. Ən azından sahiblənmə baxımından…

DİA.AZ bildirir ki, zaman-zaman yerli mətbuatda Azərbaycan vəhabilərinin hansı yollarla döyüş təlimləri keçmələri və hansı marşrutlarla döyüş nöqtələrinə göndərilmələri haqda çox ciddi faktlar açıqlansa da, nədənsə bu istiqamətdə dövlətin müvafiq qurumları yetərli addımları atmayıb və atmamaqdadır ki, bu da təhlükənin hələ də qalmasına işarədir.

Nədir bu təhlükə? Bu barədə artıq yetərincə təcrübəmiz var. Həm Gəncədə MTN zabitinin şəhid olması ilə baş verən hadisələr, Qusarda polisimizin şəhid olması ilə bağlı baş verənlər, həm də ayrı-ayrı bölgələrimizdə vəhabilərlə bağlı keçirilən əməliyyatlar sübutlayır ki, onlar Azərbaycanda böyük təhlükə əhəmiyyətinə qədər şişiblər və şişirdiliblər. Bu gün qeyri-rəsmi rəqəmlərə görə, vəhabilərin xətti ilə dünyanın ayrı-ayrı yerlərində 4 minə yaxın döyüşçü vuruşur.

Bilirsinizmi, bu rəqəm nə qədər təhlükəlidir? 4000 döyüşçü ölümünə döyüşə hazırdır. Və bu arada bir fikri xatırlatmaq lap yerinə düşər. Bu günlərdə politoloqlardan biri söylədik ki, əgər həmin vəhabilər Azərbaycana dönərlərsə, nələr baş verə bilər - bunu təxmin etmək belə qorxuludur. Bəli, doğurdan da onlar Azərbaycana dönərsə, nə baş verəcək? Bunu təxmin edirsinizmi?

Azər - DİA.AZ

Geri qayıt