Əsas Səhifə > Hadisə > LƏNKƏRANDA ÇÖRƏK ZAVODU YANDI

LƏNKƏRANDA ÇÖRƏK ZAVODU YANDI


26-01-2012, 12:35
LƏNKƏRANDA ÇÖRƏK ZAVODU YANDI

İŞÇİLƏR GÜCLÜ YANĞINDAN XƏSARƏT ALMADAN QURTARILIB

Lənkəran şəhərinin Böyük bazar ərazisində yerləşən çörək zavodunda güclü yanğın baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 11.20 radələrində qeydə alınıb. Zavodun qazanxanasının mazut çənindən başlayan yanğın müəssisənin içərisini, həmçinin yüksək gərginlikli elektrik transformatorunu bürüyüb.

İşçilər təcili evakuasiya olunub və hadisə barədə “101” xidmətinə məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınının və canlı qüvvəsinin səyləri ilə güclü yanğını 30 dəqiqə ərzində lokallaşdırmaq mümkün olub. Yanğın nəticəsində çörək zavoduna məxsus qazanxana və elektrik transformatoru sıradan çıxıb, eləcə də zavodun yardımçı tikililərinə qismən ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt