Əsas Səhifə > Partiya > VHP-DƏN RAUF ARİFOĞLUNA İTTİHAM

VHP-DƏN RAUF ARİFOĞLUNA İTTİHAM


1-11-2013, 10:47
VHP-DƏN RAUF ARİFOĞLUNA İTTİHAM
Rauf Arifoğlu “Yeni Müsavat” qəzetinin bugünkü sayına müsahibəsində bildirib ki, Rüstəm İbrahimbəyovun timsalında bütün ölkənin yaşadığı xəyal qırıqlığını, ümidsizliyi Cəmil Həsənli, İsa Qəmbər və Əli Kərimli üçlüyü bərpa etdilər. Görəsən onun bu qənaəti Milli Şurada təmsil olunan digər partiyalarda inciklik yaratmayıb ki?
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Moderator.az-a açıqlamasında Rauf Arifoğlunun fikirlərinə münasibət bildirib:
“Bu onun öz şəxsi düşüncəsidir. Bizlər, gənclər ora şəxsiyyətə pərəstişə görə yox, mübarizə, müxalifətin bir yerdə olması üçün getmişik. Yəni, bu cür yazılar birliyə yox, yenidən parçalanmaya doğru apara bilər. Milli Şura birlikdir, müxalifətin birgə mübarizə müstəvisidir, bütün müxalifət də ordadır.”

Geri qayıt