Əsas Səhifə > Güney Press, Araşdırma > SURAXANIDA VƏZİYYƏT URUCSADIR

SURAXANIDA VƏZİYYƏT URUCSADIR


1-11-2013, 10:41
SURAXANIDA VƏZİYYƏT URUCSADIR
AMMA BU VƏZİYYƏTDƏN ƏZİYYƏT ÇƏKƏN DƏ RUSDUR

Suraxanı xanı gücünü xanımlara göstərmək üzrədir.

Suraxanıda cəmi 16 kv.metr sahədə yaşayan rus ailəsi- Timoşkinlərin haqqında geniş məlumat vermişdik. Əslində Timoşkinlərin harayını səlahiyyət sahiblərinə çatdırırdıq ki, bəlkə bir azca vicdanları ola. Amma hadisələr daha da tərsinə getdi- indi ev sökülür. Cəmi 1 gün vaxt verilib.
Bu haqda yeni məlumat əldə etmişik.Suraxanı rayon, Bül-bülə qəsəbəsi, İlqar Məmmədov küçəsi ev 8, mənzil 6-da yaşayan rus ailəsi- Timoşkina Alla İvanovna, Timoşkina İlona Viktorovna, İlonanın oğlu Samir Muxitddinov, və ailənin tərkibində ikinci ailə- Timoşkin Vyaçeslav Viktoroviç, Timoşkina Mariya, onların oğulları Timoşkin Vadim Vyaçeslaveviç. Ailənin ağbirçəyi Timoşkina Alla indi evsiz-eşiksiz qalmaq təhlükəsi ilə üzləşiblər. Problem ilə Azərbaycan iqtidarı necə maraqlanırsa, rus səfirliyi də elə maraqlanır.

Biz ailənin gəlininin dediklərini yazmışdıq:

SURAXANIDA VƏZİYYƏT URUCSADIR

“ Bir sıra KİV-lərdə bizim ailənin problemləri öz əksini tapdı. Mən bundan sonra Suraxanı RİH başçısı İlqar Ababsovun qəbulunda oldum. Amma İlqar Ababsov kömək etmək əvəzinə məni hədələməyə başladı: sizə heç bir köməklik etməyəcəm. Bunun da səbəbi odur ki, siz səviyyəsiz, qara qazetlere yazırsız.Onlarin sizə heç bir köməkliyi dəyməyəcək. Ara yerinde özünüzü biabır edirsiniz. Onlar mənə heç nə edə bilmeyecek. Əlinizi üzün bu tikilidən. Mən sizə imkan verməyəcəm bu tikilini başa çatdırasınız.Siz məsələni mətbuata ötürməklə özünüzə nahaqdan problem yaratdınız. Haralara istəyirsiniz yazın, xeyri yoxdur. Mən heç kimdən qorxmuram, çəkinmirəm. Sizi polisə, məhkəməyə verib daha ağır vəziyyətə salaram.”

Söhbət burada Timoşkinlər ailəsinin özlərinə məxsus ərazidə bir olacaq tikməsindən gedirdi. Amma görünür Suraxanı xanı dediklərinin üstündə durub. 1-2 günə ev söküləcək. Ailə 1-ci hakimiyyətdən tutmuş 4-cü hakimiyyətə, media nümayəndələrinə qədər hamıdan yardım istəyir.
Timoşkinlər bildirir ki, bu haqq-hesabda qonşuları Gülbəniz Babayeva adlı hakimiyyət nümayəndələrinin xəbərçisi kimi tanınan qadının da rolu var. Belə ki, məhz onun İcra Hakimiyyətinə “xəbərindən” sonra bu fəlakətlərlə üzləşiblər.

Suraxanı xanı isə gücünü xanımlara göstərmək üzrədir.



Geri qayıt