Əsas Səhifə > Partiya > MİLLİ ŞURA RƏSUL QULİYEVLƏ LALƏ ŞÖVKƏTDƏN İMTİNA EDİR

MİLLİ ŞURA RƏSUL QULİYEVLƏ LALƏ ŞÖVKƏTDƏN İMTİNA EDİR


1-11-2013, 10:34
MİLLİ ŞURA RƏSUL QULİYEVLƏ LALƏ ŞÖVKƏTDƏN İMTİNA EDİR
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ALP lideri Lalə Şövkət, sabiq spiker Rəsul Quliyev, baş nazirin sabiq birinci müavini Abbas Abbasov haqqında sərt fikirlər səsləndirib.

APA-nın məlumatına görə, Arif Hacılı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, zamanında çox güzəştə gediblər: “Xalqımızı naqis, “bədbaxt” hesab edib, yadların köləsi olanlara bəzən özümüz bu güzəştlərə getməməyi mümkünsüz saydıq, bəzən də ictimai təzyiqə davam gətirə bilmədik. Amma heç zaman bu güzəştlərdən fayda görmədik. Bizim zaman-zaman Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərlə işbirliyimiz nə demokratik düşərgəyə, nə də Azərbaycana fayda gətirmədi. Hələ Vaqif Hüseynov, Abbas Abbasov kimilərinin də sevdalıları onları bizə pərçimləmək xəyallarındadır. Bizə şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdı. Vəziyyətdən faydalanmaq istəyənlər çoxdur. Real fəaliyyət vəziyyəti dəyişdirmək istəyənlərə, buna qadir olanlara istinad etməklə qurulacaq!”.

Geri qayıt