Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCANLI HƏKİM TİBBİ YENİLİK EDİB

AZƏRBAYCANLI HƏKİM TİBBİ YENİLİK EDİB


26-01-2012, 12:33
AZƏRBAYCANLI HƏKİM TİBBİ YENİLİK EDİB

İLK DƏFƏ OLARAQ QAPALI BÖYRƏKÇIXARMA ƏMƏLİYYATI

Azərbaycanlı urologiya mütəxəssisi ölkəmizdə ilk dəfə olaraq qapalı yol ilə böyrək çıxarma əməliyyatı keçirib.

Azərbaycanlı urologiya mütəxəssisi ölkəmizdə ilk dəfə olaraq qapalı yol ilə böyrək çıxarma (laparoskopik nefrektomiya) əməliyyatı keçirib.

Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsinin həkimi, urologiya mütəxəssisi Rəşad Məmmədovun eksperimental elmi işi Türkiyədə keçirilən “2-ci Ulusal Kadın və İşlevsel Üroloji Kongresi”ndə mükafata layiq görülüb.

R.Məmmədov bu barədə açıqlamasında bildirib ki, o Türkiyədə keçirilən milli konqresdə “Eksperimental sidik qaçırma modelində testosteronun effektivliyin göstərən” fundamental elmi iş üzrə mükafat alıb.

“Bu elmi iş dünya tibb ədəbiyyatında bir yenilik kimi qiymətləndirilir. Eksperimentdə bu metod öz təsdiqini tapıb və yaxın gələcəkdə bu metodla əlaqədar kliniki araşdırmalara da start verilməsi planlaşdırılır. Bundan başqa oktyabr ayında Türkiyədə keçirilən “9-cu Ulusal Endoüroloji Konqresi”ndə (9-cu Milli Endouroloji Konqres” ) “Laparoskopik Nefrektomiya, Azərbaycanın ilk seriyası” adlı elmi işimiz də böyük rəğbət qazanıb” – deyə, R.Məmmədov qeyd edib.

Urologiya mütəxəssisi sözlərinə əlavə edib ki, o Mərkəzi Neftçilər Xəstəxanasında Azərbaycanda “laparoskopik nefrektomiya” (qapalı yol ilə böyrək çıxarma əməliyyatı) əməliyyatını həyata keçirib.

“Hazırda klinikamızda 16 xəstədə bu əməliyyat uğurla həyata keçirilib. Türkiyədəki konfransda da bu əməliyyatların nəticələrini məruzə edərək Azərbaycan təbabətinin beynəlxalq standartlarla ayaqlaşdığını göstərmiş olduq”.


Geri qayıt