Əsas Səhifə > Gündəm, Manşet > ORXAN ZEYNALOVUN ŞƏRLƏNMƏSİ TAM SÜBUT OLUNUR

ORXAN ZEYNALOVUN ŞƏRLƏNMƏSİ TAM SÜBUT OLUNUR


1-11-2013, 09:28
ORXAN ZEYNALOVUN ŞƏRLƏNMƏSİ TAM SÜBUT OLUNUR
VƏHŞİCƏSİNƏ DÖYÜLƏRƏK HƏBS OLUNAN SOYDAŞIMIZ ŞOUNUN QURBANIDIR

DİA.AZ: - Yeqor Şerbakov adlı bir rusun «qətlində» şübhəli elən edilərək səs-küylü şəkildə həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun ətrafında yaradılmış hadisənin bir şou olduğu artıq tam olaraq təsdiqlənməkdədir. Onu da bildirək ki, Azərbaycan mediası tərəfindən Yeqor Şerbakovun sağ olması və xaricə qaçırılması ilə bağlı yayılan xəbərlər rəsmi Moskva tərəfindən böyük qıcıqla qarşılandı. Amma faktlar artıq başqa bir mənzərəni ortaya qour…

DİA.AZ-ın Rusiyadakı qaynaqlardan (bu məsələdə Moskvada yaşayan soydaşlarımız ciddi şəkildə iştirakçıdırlar -red.) aldığı informasiyalardan aydın olur ki, həqiqətən də Yeqor Şerbakov adlı rus heç də qətlə yetirilməyib və onun hətta məzarı belə yoxdur. Və bu iddialar tam olaraq əsaslıdır.

Xatırladaq ki, Yeqor Şerbakovun məzarı ilə bağlı müəmmalara aydınlıq gətirmək istəyən «mərhumun» qardaşı da müəmmalı açıqlamalar verməsilə ortadakı qaranlıq mənzərəni daha da zülmətə bürümüş oldu.

Aşağıda təqdim edəcəyimiz videomaterial isə Orxan Zeynalov məsələsində Rusiyanın xüsusi xidmət orqanlarının necə fəallıq etməsi aydın şəkildə görünür.

Yəni bütün bunlar Rusiyanın Azərbaycana növbəti təzyiqi idi. Ona görə də rusiyanın tanınmış media quruluşlarının birində məlum olay «Putin İlham Əliyevi belə təbrik etdi» başlığı ilə yer almışdı.

Aydın olanı odur ki, Orxan Zeynalov şərlənib. Bütün Azərbaycan adına şərlənib. Yəni o, bu gün vətəninin, millətinin yükünü çəkir. Ona görə də haqlı olaraq Azərbaycan dövləti öz vətəndaşına sahib çıxır, onun arxasında dayanmılıdır.

Ən azından dövlətimizin başbilənləri fərqindədirlər ki, Orxan Zeynalovun həbsi quramadır və bu yolla Kreml Azərbaycanı öz maraqları naminə razı salmağa çalışır.

Azərbaycan isə yetərincə təmkinli davrandı. Hətta Rusiyanın viza rejimi təhdidinə belə «nə istəyirsiniz, edin» reaksiyasını verdi. Ən azından ortada bir Gürcüstan təcrübəsi var və gürcüləri «əzməyə çalışan» Rusiya özü bu prosesdən itki ilə çıxdı. İndi də Azərbaycanı eyni qaydada məngənəyə salmağı düşünsə də, artıq yarı yoldan qayıtdıqları gün kimi aydındır…

VİDEO BURADA
Geri qayıt