Əsas Səhifə > Dünya > TÜRKİYƏNİN QƏRARGAH RƏİSİ AZƏRBAYCANA GƏLİR

TÜRKİYƏNİN QƏRARGAH RƏİSİ AZƏRBAYCANA GƏLİR


26-01-2012, 12:04
TÜRKİYƏNİN QƏRARGAH RƏİSİ AZƏRBAYCANA GƏLİR

QARDAŞ ÖLKƏLƏR HƏRBİ ƏMƏKDA,LIĞI GÜCLƏNDİRİR

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Fevralın 7-dən 9-dək davam edəcək səfər general N. Özəlin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində Azərbaycana ilk səfəridir.

Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın hərbi qurumlarında, həmçinin dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə Azərbaycan və Türkiyə arasında hərbi sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti qiymətləndiriləcək, əlaqələrin perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, N. Özəl Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı qismində ötən ilin yanvarında Azərbaycanda səfərdə olub.


Geri qayıt