Əsas Səhifə > Hadisə > SABİRABADDA MÜHÜM GÖRÜŞ

SABİRABADDA MÜHÜM GÖRÜŞ


25-01-2012, 16:44
SABİRABADDA MÜHÜM GÖRÜŞ

İCRA BAŞÇISI “KÜR”ÜN KOORDINATORU İLƏ GÖRÜŞÜB

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevlə görüşüb. Xatırladaq ki, Kür Araz daşqınlarının təsirinə məruz qalmış vətəndaşların 07 yanvar 2012- ci ildə Sabirabadda keçirilməsi nəzərdə tutulan görüşün baş tutmasına yerli hakimiyyət orqanlarının imkan verməməsindən sonra “Kür” Qərargahı Prezident Adminstrasiyasına və Sabirabad RİH başçısına rəsmi müraciət etmişdi.

İcra Hakimiyyətinin başçısı N. ismayılovun təşəbbüsü ilə keçirilən görüşdə 2010- cu ilin yazında baş vermiş daşqınların nəticələri, görülən işlər və mövcud problemlər müzakirə olunub. Görüşdə Sabirabad rayonunun daşqınlar nəticəsində ən ciddi ziyan dəyən rayon olduğunu bildirən İcra Hakimiyyətinin başçısı ötən müddət ərzində dövlət başçısının tapşırıqları əsasında hökümət komissiyası ilə birlikdə rayonda görülən işlərdən danışıb. O bildirib ki, indiyə qədər rayon ərazisində 1078 ev tikilib. Bu evlərin 362- si 2011- ci ilin may ayında dövlət başçısı İlham Əliyevin Sabirabada səfərindən sonra tikilməyə başlanılıb ki, həmin evlərdən 127- i yekunlaşmaq üzrədir, 235 evin isə tikintisinə yeni başlanılıb. İcra başçısı həmçinin qeyd edib ki, əlavə olaraq 250 evin tikilməsi də nəzərdə tutulur.

Kür Araz daşqınlarının təsir gücü böyük olduğundan müəyyən problemlərin mövcudluğu və hazırda bu problemlərin aradan qaldırılması istiqamətində işlərin getdiyini bildirən Nazim İsmayılov ölkədə Qeyri- Hökümət Təşkilatlarınün normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən danışıb. O “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının daşqınların ilk günlərindən bölgədə fəaliyyət göstərdiyindən məlumatlı olduğunu, Qərargahın fəaliyyətini izlədiklərini və təqdir etdiklərini bildirdi. Sabirabadda daşqınların təsirinə məruz qalan sakinlərin “Kür” Qərargahı ilə görüşünə toxunan rayon İcra Hakimiyyətinin başçısı görüşün keçirilməsinə heç bir problem olmadığını bildirərək rəhbərlik etidiyi rayon İcra Hakimiyyətinin Kür daşqınlarının nəticələrinin aradan qaldırılması istiqamətində Qərargahla əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə təmsil etdiyi qurumun yaranma zərurəti, gördüyü işlər və fəaliyyəti barədə danışan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev həqiqətən Sabirabad rayonunun 2010- cu ilin yazında baş verən daşqınların ən çox təsirinə məruz qalan rayon olduğunu bildirərək bu istiqamətdə görülən işlərdən və mövcud problemlərdən danışıb. Fəlakətin nəticələrinin aradan qaldırılmasında bir başa görəv sahibi olan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq etdiklərini bildirən Qərargahın koordinatoru daşqınların təsirinə məruz qalan sakinlərdən son bir neçə ayda 500- dən artıq şikayət məktubu aldıqlarını qeyd edərək bütün problemlərin dövlət qurumları ilə dialoq və əməkdaşlıq müstəvisində həllinə önəm verdiklərini söyləyib. O. Gülalıyev həmçinin bildirib ki, daşqınların təsirinə məruz qalan Aran bölgəsi böyük sosial- iqtisadi ərazini əhatə etdiyi üçün bölgənin infrastruktunun bərpa olunması ilə yanaşı regionun inkişafı ilə bağlı xüsusi Dövlət Proqramının hazırlanıb həyata keçirilməsinə ehtiyac var. O həmçinin qeyd edib ki, Qərargah bu istiqamətdə öz təkliflərini FHN- ə və Prezident Administrasiyasına təqdim edib.

Görüşdə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına daşqınların təsirinə məruz qalmış Sabirabad sakinlərini narahat edən məsələləri və məktubları İcra hakimiyyəti başçısına təqdim edən Oqtay Gülalıyev Qərargahın müraciətinə müsbət reaksiya verərək görüş və müzakirənin təşkili üçün N. İsmayılova təşəkkür edərək təmsil etdiyi qurumun problemlərin həlli istiqamətində dövlət qurumları ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Görüşdə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının daşqınlardan ziyan çəkmiş sakinlərlə Sabirabadda nəzərdə tutulan görüşünün fevral ayının əvvəllərində keçirilməsi bardə ümumi razılıq əldə olunub.

Geri qayıt